Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bum — Azərbaycan Respublikasının Qəbələ rayonunun Bum qəsəbə inzibati ərazi dairəsində qəsəbə. 24 iyun 2005-ci il tarixli 953-IIQ saylı Azərbaycan Respublikasın

Bum

  • Ana Səhifə
  • Vikipediya
  • Bum

Bum — Azərbaycan Respublikasının Qəbələ rayonunun Bum qəsəbə inzibati ərazi dairəsində qəsəbə. 24 iyun 2005-ci il tarixli 953-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Qəbələ rayonunun Bum kənd inzibati ərazi vahidi tərkibindəki Bum kəndinə qəsəbə statusu verilmiş, Bum kənd inzibati ərazi vahidi Bum qəsəbə inzibati ərazi vahidi adlandırılmışdır.

Bum
41°00′52″ şm. e. 47°46′41″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Əsası qoyulub 30 avqust 1930
Mərkəzin hündürlüyü 516 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Rəsmi dili
  • Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Nəqliyyat kodu 36
Digər
qebele-ih.gov.az
Xəritəni göstər/gizlə
Bum xəritədə
Bum
Bum

Mündəricat

Tarixi

Toponimik bilgilərə görə türk dillərindəki bum (boom) sözü ilə əlaqələndirilir. Bum sözü əski türk dilində "çaylı dərə, çətin keçilən yer" deməkdir. Kumə dağının ətəyində və çuxurda, iki dağın arasında, Kovdan çayının Bum çayına qarışdığı yerdədir. Mənbələrə görə Altay-türk dillərində bu söz dar dərədə əmələ gəlmiş sıldırım, qayalıq, burun formasında uca qaya, çay ilə dağ arası yer anlamındadır. Necə ki, coğrafi mənası adı ilə eynidir.

Tarixi abidələri

Qəsəbədə IX–XIV əsrlərə aid "Govurqala" memarlıq abidəsi var.

Coğrafiyası və iqlimi

Kənd rayon mərkəzindən 7 km qərbdə, Qəbələ–Qəmərvan şose yolunun kənarında, Baş Qafqaz silsiləsinin ətəyindədir.

Qəsəbədə Bum mineral bulağı və dağlardan axan yağış sel suları ilə qidalanan Bum çayı axır.

Əhalisi

1824-ci il Şəki qəzasının Bum sahəsinin kameral təsvirinə əsasən Bum kəndində 281 təsərrüfatda 1470 nəfər əhali yaşayırdı ki, onların da 788 nəfərini kişilər, 682 nəfərini isə qadınlar təşkil edirdi. Hazırda qəsəbədə 5.095 nəfər yaşayır.

Hal-hazırda kənd ərazisində Candarlı, Danalar, Qaragözlülər, Ağamoğlan, Obuxlu, Xapaylı və s. adda məhəllələr vardır.

Mədəniyyəti

Qəsəbədə mədəniyyət evi mövcuddur.

Təhsil

Qəsəbədə orta məktəb fəaliyyət göstərir.

Din

Qəsəbədə Bum qəsəbə məscidi dini icması fəaliyyət göstərir.

Səhiyyə

Qəsəbədə ixtisaslaşdırılmış xəstəxana mövcuddur.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bum haqqında məlumat. Bum nədir? Bum nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vişeqrad qrupu

  • Fevral 27, 2026

    Anadolu əyaləti

  • Fevral 27, 2026

    Dağüstü qəbiristanlığı

  • Fevral 27, 2026

    Eddi Redmeyn

  • Fevral 27, 2026

    Ovçu

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst