Bulaqlı (Həbilkənd və ya Kalinin) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd.
| Bulaqlı | |
|---|---|
| 40°00′34″ şm. e. 44°25′58″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
![]() Bulaqlı | |
Tarixi
Rayon mərkəzindən 8 km cənubda yerləşir. 1969 - cu ilə kimi, Zəngibasar (Masis) rayonu təşkil edilənədək, Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur.
Toponim X əsrdə yaşamış yağma türk tayfasının bir boyunu təşkil edən bulaq etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzəlib «bulaq tayfasına məxsus yaşayış yeri» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Kəndin adı 1920-ci ildə dəyişdirilib Həbilkənd, sonra yenidən dəyişdirilib Kalinin qəsəbəsi qoyulmuşdur.
Əhalisi
Kənddə 1831-ci ildə 85 nəfər, 1873 - cü ildə 183 nəfər, 1886-cı ildə 222 nəfər, 1897-ci ildə 234 nəfər, 1908-ci ildə 256 nəfər, 1914 - cü ildə 376 nəfər, 1916-cı ildə 228 nəfər yalnız azərbaycanlı yaşamışdır.
1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş, yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri 1923-25-cı illərdə ata yurdlarına dönə bilmişdir. Burada 1926-cı ildə 36 nəfər, 1931-ci ildə 75 nəfər azərbaycanlı yaşamışdır.
SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar 1948-49 - cu illərdə zorla Azərbaycana köçürülmüşdür. 1950-ci illərdə onların bir hissəsi yenidən öz kəndlərinə qayıtmışdır. 1988-ci ilin noyabr ayında Ermənistan dövləti bir daha onları zorla doğma yurdlarından Azərbaycana qovdu. İndi burada ermənilər yaşayır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bulaqlı (Zəngibasar) haqqında məlumat. Bulaqlı (Zəngibasar) nədir? Bulaqlı (Zəngibasar) nə deməkdir?
