Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bretanlı Anna (fr. Anne de Bretagne) (25 yanvar 1477 – 9 yanvar 1514, Blua) ― Bretan hersoqinası və Fransa kralının xanımı. Fransa tarixində 2 dəfə Fransa krali

Bretanlı Anna

  • Ana Səhifə
  • Vikipediya
  • Bretanlı Anna

Bretanlı Anna (fr. Anne de Bretagne) (25 yanvar 1477 – 9 yanvar 1514, Blua) ― Bretan hersoqinası və Fransa kralının xanımı. Fransa tarixində 2 dəfə Fransa kraliçası olmuş yeganə qadındır. Bundan başqa İtalyan müharibələri əsnasında, Anna 1501–1504-cü illərdə Neapol kraliçası, 1499–1500 və 1500–1512-ci illərdə isə Milan hersoqinası oldu.

Bretanlı Anna
fr. Anne de Bretagne
Şəxsi məlumatlar
Doğum tarixi 25 yanvar 1477(1477-01-25)
Vəfat tarixi 9 yanvar 1514(1514-01-09) (36 yaşında)
Vəfat yeri
  • Blua
Dəfn yeri
  • Sen-Deni bazilikası
Həyat yoldaşları
  • VIII Şarl (1491–1498),
  • XII Lüdovik (1499–1514),
  • I Maksimilian (1490–1491)
Uşaqları
  • Fransalı Klod

Monoqram Monoqramın şəkli
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uşaqlıq illəri Fransanın Bretan bölgəsi üzərində nüfuz müharibəsi apardığı illərə təsadüf edən Annanın atası II Fransisk Montfort sülaləsinin son kişi namizədi idi. Onun 1488-ci ildə vəfatından sonra Anna yeganə övladı olaraq, hələ 11 yaşında ikən Bretan hersoqinası oldu. Ancaq Fransa təhlükəsi hələ də davam etməkdə idi. Fransa krallığına qarşı müttəfiq axtaran Anna 1490-cı ildə Avstriyalı Maksimilianla vəkalətən evləndi. 2 il davam edən bu formal evlilik boyunca cütlük bir-birini heç vaxt görmədi. Üstəlik Fransa himayəsində olan Bretan hersoqluğunun Avstriyalılarla müttəfiq olması Fransa kralı VIII Çarlzın narazılığına səbəb olmuşdu. Fransa ordusunun bölgəyə hücum etməsiylə Anna bu evlilikdən imtina etməyə məcbur edildi. Cütlüyün nikahı 1492-ci ilin əvvəlində Roma papası tərəfindən rəsmi şəkildə ləğv edildi.

Bretanlı Anna hələ ilk nikahı rəsmi şəkildə ləğv edilmədən öncə 1491-ci ilin dekabrında Endr və Luaradakı Lanj qalasında Fransa kralı VIII Çarlzla evləndi. Bu nikaha məcbur edilən Anna bir neçə dəfə hamilə qalsa da, övladları ya ölü doğuldu, ya da yetkinlik yaşına çatmadan vəfat etdi. Bu səbəblə ərinin 1498-ci ildə vəfatından sonra Fransa taxtına onun ata şəcərəsindən qohumu olan Orleanlı Lüdovik çıxdı. Bretan hersoqluğunun varlığını davam etdirmək üçün Anna bu dəfə yeni kralla evlənməyə məcbur oldu. XII Lüdovik xanımına dərin sevgiylə bağlandı. Cütlüyün bu nikahdan 2 qızı dünyaya gəlsə də, bunlardan heç biri Fransa taxtında varis elan olunmadı. Bununla yanaşı qızlardan böyüyü — Klod anasının varisi olaraq Bretan hersoqluğunun vəliəhdi elan olundu. Varisi olan qızı Fransalı Klodu vaxtilə formal olaraq evli qaldığı I Maksimilianın nəvəsi Karlla nişanlayan Annanın ani ölümü bu nikaha mane oldu. Qızı Klod isə atasından sonra Fransa taxtına çıxan Anqulemli Fransisklə evləndi və beləcə, Bretan bölgəsi tamamilə Fransa tərəfindən ilhaq olundu.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bretanlı Anna haqqında məlumat. Bretanlı Anna nədir? Bretanlı Anna nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Portuqaliya Konqosu

  • Fevral 27, 2026

    Kemerovo vilayəti

  • Fevral 27, 2026

    Xanəndə

  • Fevral 27, 2026

    Məhəmməd Balami

  • Fevral 27, 2026

    Cennifer Lourens

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst