Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Botlixlər (özlərini buyxadi, andilər bolyidiral, avarlar isə balyaxyal adlandırırlar) – Dağıstan Respublikasının (RF) Botlix rayonnunda yaşayan andi xalqlarında

Botlixlər

  • Ana Səhifə
  • Vikipediya
  • Botlixlər

Botlixlər (özlərini buyxadi, andilər bolyidiral, avarlar isə balyaxyal adlandırırlar) – Dağıstan Respublikasının (RF) Botlix rayonnunda yaşayan andi xalqlarından biri. Əsasən, Andi Koysu çayı dərəsində yerləşən Botlix və Miarso kəndlərində yaşayırlar. Sayları 4 min nəfərdən çoxdur (2002). Botlix dilində danışırlar, rus və avar dillərini də bilirlər. Dindarları müsəlmandır.

Botlixlər
Özünüadlandırma
Buyxadi
Yaşadığı ərazilər
Rusiya Rusiya 3508
Dağıstan 3503
Dili

Botlix dili

Dini

müsəlman, sünni

Ümumi məlumat

Botlixlər ehtimal ki, sez xalqlarının Didoy ittifaqına, onun dağılmasından sonra camaatlıqların Texnusal ittifaqına daxil idilər. XV–XVI əsrlərdə Xunzaxdan islam dini yayılmağa başladı. 1861-ci ildə Botlix kəndi Dağıstan vilayətinin Andi dairəsinin mərkəzi oldu, 1891-ci ildə burada Dağlıq Dağıstanda ilk dünyəvi məktəb açıldı. Ənənəvi mədəniyyətləri Qafqaz xalqları üçün səciyyəvidir. Məşğuliyyətləri: terras suvarma, xış əkinçiliyi, bağçılıq, üzümçülük; maldarlıq zəif inkişaf etmişdir. Yunun sıxılıb basılması (keçə, mahud), dəri emalı, ağac və daş üzərində oyma, ticarət (o cümlədən, Cənubi Qafqaz və İranla) yayılmışdı; peşəkar tacir-bazərganlar mövcud olmuşlar. 1930-cu illərədək, əsasən, endoqam qohum birliklər – tuxumlar qalmaqda idi. Keçmişdə Botlix kəndi 7–8 özünüidarəedən tuxumlara bölünürdü; hər birində öz döyüş qülləsi (şeba), meydanı (qodekan) və məzarlığı yerləşirdi. Qadın geyimində hündür baş geyimi – "buynuzlu" çuxta səciyyəvidir. İlk şırım bayramı Unsa Eti, bahar bayramı Çaqva, həmçinin günəşi və yağışı çağıran ayinlər yayılmışdır. Botlixlər arasında ziyalılar, hərbçilər, dövlət xadimləri var.

Şifahi yaradıcılıq avar folkloruna yaxındır. Vokal ənənə üstünlük təşkil edir, musiqi yalnız birsəslidir. Yerli kultlarla bağlı arxaik mahnılar, təqvim-ayin, ailə-ayin (ağılar, laylalar, təriflər)

mahnıları saxlanılmışdır; daha çox lirik, qəhrəmani mahnılar yayılmışdır. Ənənəvi musiqi alətləri: barmaqla çalınan 2 simli pandura (müşayiətçi alət, kişilər çalırdılar, eyni zamanda qızların oxumasını müşayiət edirdilər) və yayla çalınan çağanə. İqtibas edilmiş alətlər də işlənilir: təbillə zurna, balalayka, qarmonika; XX əsrdə bu alətlərdə çalanlar populyar idilər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, botlixlər sözünün mənası, botlixlər haqqında məlumat. botlixlər nədir? botlixlər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Zənci

  • Mart 06, 2026

    Ələhi yolu

  • Fevral 27, 2026

    Heykəl

  • Fevral 27, 2026

    Mehdiqulu xan

  • Mart 06, 2026

    İdo dili

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst