Biznes prosesi daxili və xarici müştərilər üçün xüsusi məhsul yaratmaq məqsədi güdən əlaqəli işlər və ya tapşırıqlar qrupudur. İşlərin qrafiki təsviri üçün biznes proseslərin blok-sxemləri istifadə olunur.
Ümumi baxış
Biznes proseslərinin üç tipi var (Avqust-Uilhel Şeer və Mark von Rosinqə istinadən)
- İdarəetmə prosesləri: sistemin fəaliyyətini idarə edən proseslər. Səciyyəvi idarəetmə proseslərinə "korporativ idarəetmə" və "strateji idarəetmə" aiddir.
- Əməliyyat prosesləri: biznesin özəyini təşkil edən və əsas dəyər axınını yaradan proseslər. Məsələn, müştəridən sifarişlər almaq və bank filialında hesab açmaq.
- Dəstəkləyən prosesləri: əsas prosesləri dəstəkləyir. Misal olaraq Sağlamlıq və Təhlükəsizlik, maliyyə, komplektləşdirmə, çağrı mərkəzi, texniki dəstəyi göstərmək olar.
Biznes prosesi misiya məqsədilə başlayır və biznes məqsədinin əldə olunması ilə başa çatır. Proses yönümlü təşkilatlar struktur bölmələri arasında baryerləri aradan qaldırır və funksional siloslardan yayınmağa çalışırlar.
Kompleks biznes prosesi bir neçə alt proseslərə ayrıla bilər. Bu alt proseslərin özlərinin atributları var, həmçinin super proses məqsədini əldə etməyə səbəb yaradırlar. Biznes proseslərinin təhlili adətən proseslərin və alt proseslərin fəaliyyət/tapşırıq səviyyəsinə qədər aşağı düşməsini ehtiva edir.
Əlaqəli konsepsiyalar
Biznes prosesinin yenidən layihələndirilməsi
Biznes prosesinin yenidən mühəndisliyi ilk olaraq Hammer və Davenport tərəfindən konsepsiyalaşdırılıb. 1990-cı illərin əvvəlində ilk dəfə ABŞ-də meydana çıxmış bu istiqamətin məqsədi təşkilati effektivliyi və məhsuldarlığı artırmaqdır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Biznes prosesi haqqında məlumat. Biznes prosesi nədir? Biznes prosesi nə deməkdir?