Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bizanslı Filon (E.ə. 280 – E.ə. 220) – Arximedin dövründə yaşamış, İsgəndəriyyə məktəbində Ktesibiosun rəhbərliyi altında işləyib, yaradıcılıq fəaliyyəti göstər

Bizanslı Filon

  • Ana Səhifə
  • Vikipediya
  • Bizanslı Filon

Bizanslı Filon (E.ə. 280 – E.ə. 220) – Arximedin dövründə yaşamış, İsgəndəriyyə məktəbində Ktesibiosun rəhbərliyi altında işləyib, yaradıcılıq fəaliyyəti göstərən yunan mühəndisi və ixtiraçısıdır. Filonun Ktesibiosun şagirdi olması, onun bizə gəlib çatan elmi işlərində dəfələrlə xatırlanmışdır. Bizansda anadan olan Filonun İsgəndəriyyəyə nə vaxt gəlməsi barədə dəqiq məlumat yoxdur.

BİZANSLI FİLON
q.yun. Φίλων ὁ Βυζάντιος
Doğum tarixi e.ə. 280
Doğum yeri
  • güm. Byzantion, Qədim Yunanıstan
Vəfat tarixi e.ə. 220 (59–60 yaşında)
Fəaliyyəti riyaziyyatçı, mühəndis, yazıçı-dokumentalist[d], yazıçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Filonun mexanika sahəsində apardığı tədqiqatları "Mexanikanın əsasları" (yun. Mechanike syntaxis) adlı 9 kitabda öz əksini tapmışdır. Bizə qədər onun kitablarından yalnız bir neçəsi eramızın əvvəlində ərəb və daha sonra latın dillərinə tərcümə olunmuş fraqmentlər şəklində gəlib çatmışdır. O, kitablarında tarix haqqında məlumat vermədiyindən bu işlərin xronoloji ardıcıllığını müəyyən etmək çətinlik yaradır. Yalnız yazı stilinə əsasən tarixçilər onun işlərinin E.ə. 200-cü illərdə görüldüyünü bildirirlər

Filonun tədqiqat sahələri çoxşaxəli olub ling, pnevmatika (havanın elastikliyi və onun tətbiqi), avtomatlar, mürəkkəb alətlər, su saatları, mühasirə və başqa müharibə maşınları və mexaniki problemləri əhatə edən sahələrdən ibarət olmuşdur. Hava sirenası, zəncirlə işləyən nasos, hava nasosu, kolba nasosu onun ən vacib ixtiralarından sayılırlar.

Avropada ilk dəfə olaraq Filonun işlərinin bir hissəsi İstanbulda Müqəddəs Sofiya kitabxanasında aşkar edildikdən sonra, o, 1902-ci ildə Karra de Voks (fran. Carra de Vauks) tərəfindən fransız dilində çap olunmuşdur. 1911-ci ildə Filonun işləri alman dilinə tərcümə olunub. Antik dövrdə yaşamış başqa mühəndislərdə olduğu kimi Filonun da işləri itmişdir. Onun bizə 9 kitabından yalnız ikisi bütünlükdə, ikisinin isə cüzi bir hissəsi gəlib çatmışdır.

İlk kitabında "Eisagoge" Filon, tətbiqi fizikada və texnologiyada lazım olan riyazi biliklər haqqında məlumat verərək, Evklid həndəsəsinə münasibət bildirmiş və teoremlərin isbatı haqqında güclü sübut üsulları üzərində apardığı işlərdən yazmışdır. İkinci kitabında Filon linglər haqqında (yun. "Mochlica"), o dövrdə məlum olan ümumi bilikləri təsvir etmişdir. Bu kitabın ardınca yazdığı başqa kitabında o, limanlar (yun. "Limenopoiica") haqqında tətbiqi elmin nəticələrini təsvir etmişdir. Döyüş maşınları, onların quruluşuna düzəlişlər və istismarı Filonun "Belopoiica" kitabında öz əksini tapmışdır. Bu kitabda Filon nizələri atmaq üçün qurğuların quruluşundan bəhs edir. O yeni bərkidici və atıcı düyüm ixtira edərək, katapultların hazırlanması üçün miqyas ölçülərini verir. Bu kitabda dəmir yaylardan və sıxılmış havadan istifadə etməklə oxların atılması ilə bərabər ilk dəfə olaraq, Filon "avtomatik" yüklənən katapult təklif edir. Bu katapult XVIII əsrdə Galtingin düzəltdiyi avtomatik tüfəngə oxşayırdı.

Döyüş texnikasının hazırlanması texnologiyasından əlavə, o, atıcı maşınlardan, qala divarlarının və qüllələrin tikilişindən və mühasirədə döyüş taktikasından da yazmışdır. "Parasceuastica" kitabında Filon müdafiə və "Poliorcetica" kitabında isə mühasirə taktikalarını təsvir edir. Arxeoloqlar tərəfindən sonralar tapılmış, beş statik enerji haqqında yazılmış "Automatopoiica" kitabının da Filona məxsus olduğu sübut edilmişdir. Bu kitabda onun işləri əsasən teatr səhnələri üçün düzəldilmiş "oyunçaqlar"a istinad edir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bizanslı Filon haqqında məlumat. Bizanslı Filon nədir? Bizanslı Filon nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Darab

  • Fevral 27, 2026

    Universitet

  • Fevral 27, 2026

    Hind-Çin

  • Fevral 27, 2026

    Qafqaz xalqları

  • Fevral 17, 2026

    Adolf Hitler

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst