Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Biz (rus. Мы) — rus yazıçı, tənqidçi və publisisti Yevgeni Zamyatinin ən məşhur əsəridir. Əsərdə totalitar rejim və ona məcbur şəkildə tabe olan insanlar əks ol

Biz (roman)

  • Ana Səhifə
  • Vikipediya
  • Biz (roman)

Biz (rus. Мы) — rus yazıçı, tənqidçi və publisisti Yevgeni Zamyatinin ən məşhur əsəridir. Əsərdə totalitar rejim və ona məcbur şəkildə tabe olan insanlar əks olunmuşdur.

Yevgeni Zamyatin - "BİZ"

Məzmun

Roman riyazi motivlər əsasında yazılmışdır və riyazi qanunlar əsasında qurulmuş bir dünya təsvir olunmuşdur. Əsərdə insanlar nömrələrlə adlandırılmışdır. Baş qəhrəman inşaatçı D-503 "İnteqral"-ın inşaası ilə məşğuldur. O fərdiçilik xəstəliyinə tutulur və hamı ilə birgə vahid bədənin bir üzvü olmaq istəmir. Onu bu xəstəliyə alışdıran isə İ-330 adlı qadın olur.

"İnteqral" zəbt olunaraq öz qanunlarına tabe edilməmiş digər dünyaları ələ keçirmək üçün hazırlanan kosmik gəmidir. Romanda həmçinin, "Havadar" obrazı böyük maraq doğurur. "Havadar" ədədlərin ədədi hesab olunur və bütün ədədlər əldə etdiklərinə görə ona şükür edirlər və onun qüdrətini sarsılmaz hesab edirlər. Qanunlara tabe olmayanları isə "Havadar"-ın ölüm aparatı gözləyir.

Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, ədədlər hamı tərəfindən görünən şəffaf binalarda yaşayırlar və cinsi əlaqəyə yalnız icazə ilə girə bilirlər. Belə ki, hər hansı ədəd, istənilən digər əks cins ədədə çəhrayı talon yazdırmaqla onunla sevişmək istədiyini bildirir və onlar üçün 1 saat cinsi zaman ayrılır. Və yalnız bu zaman evin pərdələrinin endirilməsinə icazə verilir.

Digər

Corc Oruell "1984", Oldoks Haksli "Cəsur yeni dünya", Rey Bredberi "451 farengeyt" kimi antiutopik əsərlər "Biz"dən təsirlənərək yazılmışdır.

Əsər SSRİ-də ilk illər çap edilmədiyi üçün, kitab şəklində ilk dəfə 1924-ci ildə ABŞ-da ingiliscə tərcümə şəklində çıxmışdır. Daha sonralar isə Sovet İttifaqı-nda da nəşr olunmuşdur. Əsəri Azərbaycan dilinə Zaur Ümumbəşər tərcümə etmiş və 2015-ci ildə "Başla" təşkilatı tərəfindən ilk dəfə olaraq çap edilmişdir.

Ədəbiyyat

  • Замятин Е. «Мы»: Текст и материалы к творческой истории романа / Сост., подгот. текста, публ., коммент. и статьи М.Любимовой и Дж.Куртис. — СПб.: Мiръ, 2011. — 608 с., 2000 экз.,
  • Скалон Н. Р. Будущее стало настоящим : (Роман Е.Замятина «Мы» в лит.-филос.контексте): Учеб.пособие / Н. Р. Скалон. — Тюмень: Экспресс, 2004. — 114 с

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Biz (roman) haqqında məlumat. Biz (roman) nədir? Biz (roman) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Paolo Maldini

  • Fevral 27, 2026

    Güləbird

  • Fevral 27, 2026

    Sxolastika

  • Fevral 27, 2026

    Kinema Citrus

  • Fevral 27, 2026

    LAPD

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst