Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bismillah və ya tam şəkildə "Bismillahir-Rahmənir-Rahim" (ar. بسم الله الرحمن الرحيم) kəlməsi ərəb dilində ifadə olub, "Rəhmli və Mərhəmətli Allahın adı ilə" mə

Bismillah

  • Ana Səhifə
  • Vikipediya
  • Bismillah

Bismillah və ya tam şəkildə "Bismillahir-Rahmənir-Rahim" (ar. بسم الله الرحمن الرحيم) kəlməsi ərəb dilində ifadə olub, "Rəhmli və Mərhəmətli Allahın adı ilə" mənasına gəlir. Xeyirli və halal bir işə başlayarkən Allah-Təalanın adını dilə gətirmək və bu adla işə başlamaq mənasına gəlir. İslam dini meydana gəlməmişdən öncə ərəblər cahiliyyə dövründə hər hansı bir işə başladıqları zaman "Bismil-Lat" (Latın (büt)adı ilə) və "Bismil-Uzza" (Uzzanın (büt) adı ilə) deyirdilər. İslam Peyğəmbəri Məhəmməd (ə.s.) İslam dinini təbliğ etməyə başladıqdan sonra bu ifadənin yerinə "Ey Allahım, sənin adınla" mənasına gələn "Bismikə Allahummə" və "Allahın adıyla" mənasını verən "Bismillah" kəlmələrini işlətmişdir. Ancaq Qurani-Kərimdə Nəml surəsinin 30-cu ayəsi nazil oduqdan sonra "Bismillah" kəlməsi son şəklini almışdır; "Bismillahir-Rahmənir-Rahim". Bu ayədə Süleyman Peyğəmbərin yazdığı məktubun başlığı kimi məhz "Bismillahir-Rahmənir-Rahim" qeyd olunmuşdur.

Qeyd edildiyi kimi, hər hansı bir xeyirli və halal işə başlayarkən bu ifadənin deyilməsi müsəlmanlar üçün təkidlə tövsiyə edilmişdir. Qurani-Kərimdə də bununla bağlı bir sıra ayələr vardır.

"Həcc mərasimini tamamlayıb qurtardıqda ata-babalarınızı yada saldığınız kimi, ondan da artıq Allahı yad edin."

"Rəbbinin adını zikr et və (hər şeyi buraxıb) ona tərəf yönəl."

"Səhər-axşam Rəbbinin adını zikr et!"

Təfsiri

Abdullah bin Sinan belə rəvayət edir: Əbu Abdullah Cəfər Sadiqdən (əs) "Bismillâhirrahmanirrahim"in təfsirini soruşdum.

Buyurdu ki: ""Bə" hərfi Bəhaullahı (Allahın cəlalını) , "sin" hərfi Sənaullahı (yüksəkliyini) və "mim" hərfi Məcdullahı (ululuğunu) simvolizə edir."

həmçinin:

Rəsulullah (s.ə.v.) buyurdu ki, İsa (əs) anası tərəfindən məktəbə verildi ki, onu öyrətsinlər. (Müəllimi) Ona dedi: "Yaz `Bism`. İsa (əs) ona dedi: `Bism` nədir? Müəllimi dedi ki, bilmirəm. Bu zaman İsa dedi: "Bə" yəni Bəhaullah, "Sin" yəni Sənaullah və "Mim" yəni Mülkullah. (ərəbcədə bism sözü "b", "s" və "m" hərflərindən ibarətdir)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, bismillah sözünün mənası, bismillah haqqında məlumat. bismillah nədir? bismillah nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şərqşünas

  • Fevral 27, 2026

    Akustika

  • Fevral 27, 2026

    Sankt-Peterburq Universiteti

  • Fevral 27, 2026

    Gümrah Rəhimov

  • Fevral 27, 2026

    Vakuol

Trend Mahnılar
  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst