Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məhəllənin yaranma tarixi II əsrə təsadüf edir. Bu məhəllə şəhərin ən qədim məhəllələrindən biridir. Məhəllə Qarqar çayının sahilində yerləşir. Məhəllənin 1 qəb

Biləndərlilər məhəlləsi

  • Ana Səhifə
  • Vikipediya
  • Biləndərlilər məhəlləsi

Xankəndi məhəllələri — Xankəndi şəhərinin məhəllələri.

Mündəricat

Aşağı məhəllə

Məhəllənin yaranma tarixi II əsrə təsadüf edir. Bu məhəllə şəhərin ən qədim məhəllələrindən biridir. Məhəllə Qarqar çayının sahilində yerləşir. Məhəllənin 1 qəbiristanlığı, 1 məscidi, 3 kümbəzi, 4 körpüsü, 1 misgərlik emalatxanası, Möminə Xatın Məbədi və d. vardır. SSRİ dönəmində buradakı tarixi evlərin bi hissəsi dağıdılmışdır. O dönəmdə məhəllə əhalisinin 65%-i azərbaycanlılar idi.

Biləndərlilər məhəlləsi

Xankəndidə məhəllə. Xankəndinin ən böyük məhəllələrindən biri də Biləndərlilər məhəlləsidir. Məhəllədə 70-dən çox ev var. SSRİ dönəmində məhəllə sakinlərinin 75%-i azərilər olmuşdur. Məhəllə Yağlıtəpənin yamaclarında yerləşir. Burada Biləndərlilər tayfasının nümayəndələri yaşadıqları üçün, Biləndərlilər məhəlləsi adlandırılıb. Qeyd edək ki, Biləndərli tayfası ərəb mənşəlidir. Onlar Qarabağ və Şirvan mahalına 11-ci əsrdə köç ediblər. Çox güman ki, bu tayfa ilk dəfə Qarabağın bu ərazisində məskunlaşmışdırlar.

Böyükbazar məhəlləsi

Xankəndinin kənarında yerləşən bu məhəllə XII əsrdə yaranmışdır. Əhalisinin çox hissəsi Şuşalılar, Kərkicahanlılar, Kosalarlılar və Laçınlılar olmuşdur. Məhəllədə 1 bazar, 2 məscid (Alış və Böyükbazar məscidləri), 1 mədrəsə, 3 hamamxana, 1 gümbəz var idi. İşğal zamanı məscidlərdən biri partladılmışdır.

Xərratlar məhəlləsi

Xərratlar məhəlləsi XIII əsrdə yaranmışdır. Adından da bəlli olduğu kimi burada xərratlar, sənətkarlar yaşayırdılar. Məhəllə əvvəllər Kərkicahana aid idi. Lakin sonradan məhəllə ərazisi Xankəndi şəhərinin tərkibinə salındı. Məhəllədə Xərrat usta Qulu məscidi vardır.

Qoyqəşəm məhəlləsi

Bu məhəllə Xankəndinin ən kiçik məhəlləsi kimi məşhurdur. Digər məhəllələrdən fərqli olaraq, bu məhəllədə kümbəz yoxdur. Məhəllədə Qoyqəşəm qəbiristanlığı (qəbiristanlığdakı ən qədim qəbirlər V əsrə aiddir), X əsrə aid məscid, Qoşabulaq bulağı vardır. Qoyqəşəm məhəlləsi Qayabaşı və Saatlı məhəllələrinin arasında yerləşir.

Məcidli məhəlləsi

Xankəndinin 34 məhəlləsindən biri. Mərkəzdə yerləşirdi. Burada ilk yaşayış məskəninin tarixi XIII əsrə aiddir. Burada 41 ev, 1 hamam, 1 mədrəsə və Məcidli məscidi var idi. Təxmini olaraq 200 nəfərdən çox əhali bu məhəllədə yaşayırdı. Digərlərində olduğu kimi, bu məhəllədəki qədimi mülklərdə hazırda Ermənistan işğalçı rejimi tərəfindən məhv edilir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, biləndərlilər məhəlləsi sözünün mənası, biləndərlilər məhəlləsi haqqında məlumat. biləndərlilər məhəlləsi nədir? biləndərlilər məhəlləsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Tofiq Mustafazadə

  • Mart 01, 2026

    Alfred Veber

  • Mart 01, 2026

    Artuqlular

  • Mart 06, 2026

    Vaqif Səfərov

  • Fevral 27, 2026

    Avstraliya aborigeni

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst