Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bidermayer (alm. Biedermaier, Biedermeier‎ ) — təqribən 1815-ci ildən 1848–49-cu illər burjua inqilabına qədərki dövrdə almandilli ölkələrin incəsənət və ədəbiy

Bidermayer

  • Ana Səhifə
  • Vikipediya
  • Bidermayer

Bidermayer (alm. Biedermaier, Biedermeier‎ ) — təqribən 1815-ci ildən 1848–49-cu illər burjua inqilabına qədərki dövrdə almandilli ölkələrin incəsənət və ədəbiyyatında üslub təmayüllərinin məcmusu.

Polşada Xşanov muzeyində Bidermayer otağı

Mündəricat

Tarixi

Avstriya kansleri Klemens Venzel von Metternix tərəfindən təmin edilmiş Beynəlxalq münasibətlər Vyana sistemi Bidermayer həssaslıqlarının yarandığı bir sülh dövrünə imkan verdi.

“Bidermayer ” adı 1850-ci illərdə L. Ayxrodt və A. Kusmaul tərəfindən uydurulmuş personajın – dardüşüncəli və özündənrazı şair-filister, “şvab məktəb müəllimi Qotlib Bidermayerin” soyadındandır. 1900-cı ildə “Bidermayer ” anlayışı rahat və əlverişli mebel, həmçinin dəb, memarlıq, tətbiqi sənət, sonralar isə 1815–1848-ci illər rəngkarlıq əsərləri üslubunu bildirmək üçün işlədilmişdir; 1920-ci illərin ikinci yarısında termin ədəbiyyata (alman alimi P. Kluk - xon və b. tərəfindən), 1970-ci illərdə isə (“Bidermayer epoxası” haqqında F. Zenqlenin əsərlərində) bütövlükdə həmin dövrün bütün mədəniyyətinə şamil olunurdu  Siyasi irtica və durğunluq, sosial dəyişikliklərlə bağlı ümidlərin puça çıxması və bunlarla əlaqədar olan, Napoleon əleyhinə azadlıq müharibələri dövründəki emosional yüksəlişi əvəzləyən məyusluq, melanxoliya, “dünya kədəri” Bidermayer əsərinin incəsənət və ədəbiyyatının əsas xüsusiyyətlərini müəyyən edirdi: məhdud özəl dairədə (ailə və ən yaxın dostlar) qalmaqla müasir ictimai problemlərdən təcrid olma, şəxsi hisslər dünyasına qapılma. Romantizmə xas yüksək amallar burada adi məişət səviyyəsinə enmişdi.

İncəsənəti

Bidermayer incəsənətinin vəzifəsi insanın ətraf aləmlə münasibətlərini ahəngləşdirmək olmuşdur; onun ən parlaq əlaməti idillizm idi. Bidermayer təsviri sənətində (F.G. Valdmüller, F. Krüger, L. Rixter və b.) idillik məişət səhnələri üstünlük təşkil edirdi; digər süjetlər (məs., tarixi) çox vaxt kamera- məişət səpkisində işlənirdi. Tətbiqi sənət əsərləri (məs., Avstriyada Danhauzer ailəsinə mənsub sənətkarların düzəltdiyi mebel) sadə gözəllik idealını təcəssüm etdirdi; bu mənada müxtəlif dekorativ aksessuarlar və xırda fiqurlu şəkillərlə bəzədilmiş qonaq otaqlarında nümunə rolunu oynayırdı. Zaman keçdikcə belə düzgün harmoniya idealı universallaşmış,  təkcə bürger evləri üçün deyil, həmçinin sarayların yaşayış otaqları üçün də səciyyəvi olmuşdur.

Ədəbiyyatı

Bidermayer ədəbiyyatı üslub müxtəlifliyi ilə seçilirdi. Son romantizm elementləri klassisizm formaları ilə, yenicə yaranan realizm Maarifçilik dövrünün üslubları ilə səsləşir. Poeziya sadəliyə, folklor ənənələrinə, idillik motivlərə (E. Mörik), silsiləliyə (V. Müllerin lirik silsilələri) meyil edirdi. Nəsr novella, nağıl, tarixi və sosial-məişət romanları (A. Ştifter, V. Aleksis) ilə, dramaturgiya tarixi dram (F. Qrilparser) və xalq komediyası ilə (F. Ray mund, Y.N. Nestroy) təmsil olunurdu. Ailəvi qiraət üçün məcmuə, almanax və jurnalların səhifələrini dolduran bayağı Bidermayer – sadəlövh filister belletristikası və poeziyası dövrün səciyyəvi hadisəsinə çevrilmişdi. 19-cu əsrin 1-ci yarısı – ortalarına aid bir sıra Almaniya və Avstriya bəstəkarının (A. Lorsinq, F. fon Flotov və b.) yaradıcılığını da bəzən Bidermayerə aid edirlər. 1980-ci illərdə almandilli ölkələrdən kənarda da bəzi bədii əsərlərə “Bidermayer ” anlayışını şamil etmək meyli yaranmışdır.

Qalereya

  • Zimmerbild
    Zimmerbild
  • Ev üslubu
    Ev üslubu
  • Bidermayer rəsmi
    Bidermayer rəsmi
  • Emilie Feustell
    Emilie Feustell

Həmçinin bax

  • Burjuaziya

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, bidermayer sözünün mənası, bidermayer haqqında məlumat. bidermayer nədir? bidermayer nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Monodram

  • Mart 01, 2026

    Leonidlər

  • Fevral 27, 2026

    Sakarya

  • Fevral 27, 2026

    Turne (şəhər)

  • Fevral 27, 2026

    Karaoke

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst