Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Biblioqrafiyaşünaslıq – biblioqrafik informasiyanın xüsusiyyətini, quruluşunu, onun yaradılması və tələbatçılara çatdırılması proseslərinin qanunauyğunluqlarını

Biblioqrafiyaşünaslıq

  • Ana Səhifə
  • Vikipediya
  • Biblioqrafiyaşünaslıq

Biblioqrafiyaşünaslıq – biblioqrafik informasiyanın xüsusiyyətini, quruluşunu, onun yaradılması və tələbatçılara çatdırılması proseslərinin qanunauyğunluqlarını öyrənən elmdir.

«Biblioqrafiyaşünaslıq» anlayışını elmi müstəviyə ilk dəfə olaraq Belçika mütəfəkkiri Pol Otle (1868-1944) gətirmişdir.

Elmin müxtəsər təsviri

Biblioqrafik fəaliyyət – informasiya fəaliyyətinin biblioqrafik informasiyaya olan tələbatı ödəyən bir sahədir. Biblioqrafik informasiya isə sənəd kommunikasiyaları sistemində sənədlər haqqında axtarış, kommunikativ və qiymətləndirmə kimi əsas ictimai funksiyaları həyata keçirən, son məqsədi cəmiyyət üzvlərinin sənəd tələbatlarını ödəməkdən və formalaşdırmaqdan ibarət olan mütəşəkkil informasiyadır.

Qədim yunan sözü olan «Biblioqrafiya» hərfən «kitab yazmaq» («biblion» - kitab, «qrafo» - yazıram) mənasını verir. Yunanıstanda yeni eradan əvvəl təxminən V əsrdə əlyazma kitablarının üzünü köçürən adamları «biblioqraf» adlandırırdılar. Kitab üzü köçürmək yüksək savad və bədii xəttatlıq qabiliyyəti tələb edirdi. Elə buna görə də qədim dövrdə biblioqraf peşəsi ən hörmətli və şərəfli peşələrdən hesab olunurdu.

Antik dövrün (b.e.ə. I minillik – b.e. V əsr) başa çatmasından bir müddət sonra, daha doğrusu, kitab çapına qədər «biblioqrafiya» sözündən istifadə olunmur. Kitab çapının kəşfindən sonra bu anlayış yenə də yada salınır və bəzən də mətbəə işçilərinə biblioqraf adı verilir. XVII əsrin birinci yarısından isə Fransız alimləri Qabriel Node (1600-1653) və Lui Jakob (1608-1670) öz əsərlərində ilk dəfə biblioqrafiyanı «ədəbiyyat siyahısı» mənasında işlədirlər. Sonralar isə biblioqrafiya kitabı təsvir edən bir sahə kimi geniş mənaya malik olur.

Hazırda biblioqrafiya - cəmiyyətdə biblioqrafik informasiyanın fəaliyyət göstərməsini təmin edən müxtəlif fəaliyyət (təcrübi, elmi-tədqiqat, tədris, idarəetmə) növləri sistemidir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, biblioqrafiyaşünaslıq sözünün mənası, biblioqrafiyaşünaslıq haqqında məlumat. biblioqrafiyaşünaslıq nədir? biblioqrafiyaşünaslıq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Dəmirçi (Sədərək)

  • Fevral 23, 2026

    Kəsr

  • Fevral 27, 2026

    İbn Xuzeymə

  • Mart 03, 2026

    Po Beq

  • Mart 06, 2026

    Musabəyli (Füzuli)

Trend Mahnılar
  • Mart 07, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Mart 07, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Mart 07, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Mart 07, 2026

    Xumar Qedimova - Dünya

  • Mart 07, 2026

    Məni Qurtar Bu Zülmdən / Tut Əlimdən Tu Elimden (Qorxuram Sənsiz Ölüm Mən) En Yeni Mahni TikTok 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst