Belarus (rus. Белару́с) — 1950-ci ildən Belarusun paytaxtı Minskdə yerləşən Minsk Traktor Zavodunda istehsal olunan traktor seriyası. Bu traktorlar Müstəqil Dövlətlər Birliyində yaxşı tanınır və dünyanın 100-dən çox ölkəsinə, o cümlədən ABŞ və Kanadaya ixrac edilir.

Tarixi
İkinci Dünya müharibəsinin sonunda SSRİ-də kənd təsərrüfatı infrastrukturu pis vəziyyətdə idi: müharibənin sonrakı illərində kənd təsərrüfatı maşınlarının istehsalı mövcud deyildi. Böyük kolxozlarda hələ də işləyən traktorlar və maşınların əksəriyyəti 1930-cu illərin əvvəllərində və ya daha əvvəl istehsal edilmişdi və ağır istifadədən köhnəlmişdilər. Kommunist dövləti SSRİ daxilində bir neçə yerdə yeni traktorların istehsalına göstəriş vermişdi. MTZ-nin əsas quraşdırma zavodu Minskdə olsa da, digər yerlərdəki zavodlarında da müxtəlif tipli traktorların istehsalı mövcud idi. Bütün bu traktorlar dizayn olaraq bir-birlərindən fərqlənsələr də, hamısı "Belarus" adı altında ixrac edilirdi.
1948-ci ildən bəri Minsk Traktor Zavodunda 3 milyona yaxın traktor hazırlanmışdır.
Belarus prezidenti Aleksandr Lukaşenko Vladimir Putinə 70 illik yubileyində 1523.3 model Belarus traktoru hədiyyə etmişdir.
Lisenziya
Azərbaycan
2006-cı ilin oktyabrında Gəncə Avtomobil Zavodu ilə Minsk Traktor Zavodu arasında əməkdaşlıq yaradılmışdır. 2007-ci iln mart ayının 27-də Gəncə avtomobil zavodunda yığımdan keçən ilk "Belarus" markalı traktor konveyerdən düşüb.
Pakistan
Fecto Group ilk dəfə 1962-ci ildə Qərbi Pakistanda Sovet Brend Traktorlarını təqdim etmişdi. Traktorlar əvvəllər SSRİ-dən gətirilmiş, daha sonra 1980-ci illərdə Lahorda Fecto Belarus Traktor Yığma Zavodu tikilmişdir. O vaxtdan bəri zavod tərəfindən 25 at gücündən 80 at gücünə qədər müxtəlif traktor modelləri təqdim edilib.
Rumıniya
2010-cu ilin oktyabr ayında Rumıniyada yerləşən IRUM şirkəti, taxta-şalban traktorlarında ixtisaslaşaraq yerli bazar üçün xaricdən gətirilən Belarus TAG traktorlarından yığmağa başlyıb.
Serbiya
2011-ci ildə Serbiyanın Agropanonka şirkəti yerli bazar üçün ildə 3 000 traktor yığmağa başlayıb.
Tacikistan
2012-ci ilin sentyabrında Tacikistan və Belarus Tacikistanın cənubunda Belarus traktorları istehsal edən şirkət yaratmaq barədə razılığa gəliblər. Tacikistanda istehsal olunan traktorların bir hissəsinin regionun digər ölkələrinə ixracı planlaşdırılır.
Kamboca
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, belarus traktoru sözünün mənası, belarus traktoru haqqında məlumat. belarus traktoru nədir? belarus traktoru nə deməkdir?