Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bebras müsabiqəsi — bütün dünyada orta məktəb şagirdləri üçün informatika üzrə ildə bir dəfə keçirilən informatika müsabiqəsi. 2024-cü ildə 93 üzv ölkə və 2,5 m

Bebras müsabiqəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Bebras müsabiqəsi

Bebras müsabiqəsi — bütün dünyada orta məktəb şagirdləri üçün informatika üzrə ildə bir dəfə keçirilən informatika müsabiqəsi. 2024-cü ildə 93 üzv ölkə və 2,5 milyondan çox tələbənin iştirak etdiyi müsabiqə kompüter elmləri üzrə dünyanın ən böyük yarışması sayılır.

Mündəricat

Tarixi

Bebrasın ideyası ilk dəfə Litvada Vilnüs Universitetinin professoru Valentina Dagiene tərəfindən düşünülüb. Bebras Litva dilində "qunduz" deməkdir.

İlk Bebras müsabiqəsi Litvada 2004-cü ildə keçirilmişdir. Daha sonra digər ölkələrdə qoşulmuşdur. Hazırda dünyanın 50-dən çox ölkəsində hər il Bebras müsabiqəsi keçirilməkdədir.

Müsabiqənin formatı

Bebras müsabiqəsi zamanı şagirdlərə 15 tapşırıq verilir. Onlar 40–45 dəqiqə ərzində bu tapşırıqları yerinə yetirməlidirlər. Tapşırıqlar hər biri 5 ədəd olmaqda "asan", "orta" və "çətin" kateqoriyalarına bölünür. Əksər ölkələrdə müsabiqə hər bir iştirakçının işini avtomatik qiymətləndirən veb sistemi vasitəsilə idarə olunur.

Bebras tapşırıqları üzv ölkələr tərəfindən hazırlanır və Beynəlxalq "Bebras Tapşırıq Seminarı" zamanı razılaşdırılır.

Bebras Azərbaycanda

"Bebras" İnformatika və Alqoritmik Düşüncə yarışması Azərbaycanda ilk dəfə 2014-cü ilin aprel ayında İsmayıllı şəhərində keçirilib. Daha sonra Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 2014, 2015 və 2016-cı illərdə Bebras həftələri təşkil olunub .

Bu müsabiqələrə Azərbaycanın fərqli bölgələrindən 5000-ə yaxın şagird qatılıb. Həmin bölgələr Bakı, Sumqayıt, Lerik, Gəncə, Mingəçevir, Qax, Xaçmaz, Lənkəran, Mingəçevir və digər şəhərləri əhatə edib.

2017-ci ilə qədər müsabiqə Azərbaycan ACM Bölməsi tərəfindən təşkil edililirdi. 2017-ci ildən sonra Azərbaycanda müsabiqənin fəaliyyəti dayandırılmışdır.

2022-ci ildə Azərbaycanın Bebras üzvlüyü bərpa edilmişdir. Hazırda Bebras müsabiqəsinin Azərbaycan üzrə nümayəndəsi ÖzünÖyrən şirkətidir. 2023-cü ildə 61 şəhər və rayondan olmaqla, 242 məktəb qoşulmuş və 5395 şagird iştirak etmişdir. 2024-cü ildə bu müsabiqəyə 1000-dən çox məktəb qeydiyyatdan keçmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bebras müsabiqəsi haqqında məlumat. Bebras müsabiqəsi nədir? Bebras müsabiqəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Viki texnologiyası

  • Fevral 24, 2026

    Səmərqənd

  • Fevral 23, 2026

    Kimyəvi formul

  • Fevral 23, 2026

    İstanbul ili

  • Fevral 23, 2026

    Abdera

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst