Bayramlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Bayramlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Bayramlı kəndi Azaflı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Bayramlı kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
| Bayramlı | |
|---|---|
| 40°54′48″ şm. e. 45°40′07″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
![]() Bayramlı | |
Toponimikası
Bəzən Əsrik (sahilində yerləşdiyi çayın adından) Bayramlı da adlanır. Kəndin adı muğanlı tayfasının bayramlı tirəsinin adı ilə bağlıdır.
Tarixi
Tarixi abidələri
Bayramlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:
| İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
|---|---|---|---|---|---|
| 1796 | Daş qutusu nekropolu | E.ə. VIII–VII əsrlər | Bayramlı kəndi | Arxeoloji | Ölkə |
| 1797 | Küp qəbirləri nekropolu | E.ə. II minillik-e. II əsr | Bayramlı kəndi | Arxeoloji | Ölkə |
| 1798 | Yaşayış yeri | Son tunc dövrü | Bayramlı kəndi | Arxeoloji | Ölkə |
Coğrafiyası və iqlimi
Əhalisi
| İl | Daimi əhali | Kişilər | Qadınlar |
|---|---|---|---|
| 1999 | 2484 | 1188 | 1296 |
| 2009 | ↗2744 | ↗1360 | ↗1384 |
İqtisadiyyatı
Kənd əhalisi əsasən maldarlıq və əkinçiliklə məşğul olur.
Mədəniyyəti
Kənddə Bayramlı kənd kitabxana filialı fəaliyyət göstərir.
Təhsil
Kənddə Elşad Orucov adına Bayramlı kənd tam orta məktəbi və Zahir Yusifov adına Bayramlı kənd tam orta məktəbi fəaliyyət göstərir.
Din
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə
Kənddə Bayramlı kənd həkim məntəqəsi yerləşir.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, bayramlı (tovuz) sözünün mənası, bayramlı (tovuz) haqqında məlumat. bayramlı (tovuz) nədir? bayramlı (tovuz) nə deməkdir?
