Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bayramlı (əvvəlki adları: Qıraq Bayramlı (?-1930); Kolxozkənd (1930 - 29 dekabr 1992)) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kə

Bayramlı (Şəmkir)

  • Ana Səhifə
  • Vikipediya
  • Bayramlı (Şəmkir)

Bayramlı (əvvəlki adları: Qıraq Bayramlı (?-1930); Kolxozkənd (1930 - 29 dekabr 1992)) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Şəmkir rayonunun Kolxozkənd kəndi Bayramlı kəndi adlandırılmışdır.

Bayramlı
40°55′59″ şm. e. 45°55′31″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 2.831 nəf. (2012)
Rəsmi dili
  • Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ5721
Xəritəni göstər/gizlə
Bayramlı xəritədə
Bayramlı
Bayramlı

Mündəricat

Tarixi

Kəndin keçmiş adı Qıraq Bayramlıdır. Kənd Kür çayının qırağında yerləşdiyi üçün bu vür adlandırılıb. Tovuz rayonunda yerləşən Bayramlı kəndi ilə eyni ada sahib olduqları kimi, eyni kökə sahibdirlər. Tovuzun Bayramlı kəndi də, Şəmkirin Bayramlı kəndindən köçən əhalidən salınıb. Kənd 1929-1930-cu illərdə Kürün qırağından indiki əraziyə köçmüşdür. Kollektivləşmə ilə əlaqədar 1930-cu ildə Kolxozkənd adlandırılan yaşayış məntəqəsinin əvvəlki adı 1992-ci ildən bərpa edilmişdir. Etnotoponimdir. 1917-1933-cü illərdə bu oykonimlər Bayramlılar, Bayraməlilər, Bayramlar variantlarında da qeydə alınmışdır. Türkmənistanın Marı vilayətində Bayraməli adlı şəhər var.

Kənddə həmçinin XI-XII əsrlərə aid Baydar şəhər xarabalıqları yerləşir. Bu tarixi abidələr Bayramli kəndinin qədim tarixə malik olduğunu sübut edir.

Coğrafiyası və iqlimi

Rayon mərkəzi ilə məsafəsi 15 kilometrdir. Kənd subtropik iqlim qurşağında yerləşir. Ərazidə daha çox mülayim hava kütlələri üstünlük təşkil edir.Qışı çox sərt deyil,yayı isə istidir.Qışda orta temperatur 2 °C, yayda isə 23 °C-yə yaxındır.

Bayramli kəndi çox əlverişli mövqedə yerləşmişdir. Zəyəm çayının ve Kür çayının sahilində,Şəmkir rayonunun dağətəyi bölgəsində yerləşmişdir.Suvarma işlərində Zəyəmçaydan geniş istifadə edilir. Kənd və ətrafındakı tünd və adi boz-qəhvəyi və açıq şabalıdı torpaq əkinçilik üçün yararlı və əlverişlidir.

Mədəniyyəti

Bayramli kəndində mədəniyyət evi, kitabxana, və tibb məntəqəsi, Tofiq Cəfərov adına Bayramlı kənd orta məktəbi fəaliyyət göstərir.

Əhalisi

Əhalisi 3162 nəfərdir. Kənddə yaşayan əhali azərbaycanlılardan ibarətdir.(2023-cü il)

Görkəmli şəxsləri

  • Həsənova Gülxar İbrahim qızı (10 dekabr 1918) — Azərbaycanın xalq artisti.

Şəhidlər

Vətən yolunda şəhid olmaq ilahi bir zirvəyə yüksəlməkdir. Bu zirvəni fəth etmək Allaha qovuşmaqdır. Bayramli kənd sakinləri:

  • Cəfərov Tofiq Məhərrəm oğlu
  • Xudaverdiyev Abbas Haqverdi oğlu

Qarabağ müharibəsində, Azərbaycanın azadlığı və bütövlüyü uğrunda vuruşlarda iştirak etmiş boyuk şücaət göstərmiş ve şəhidlik zirvesine yuksəlmislər.Hazırda Bayramlı kənd orta məktəbi Tofiq Cəfərovun adını daşiyır.Məktəbdə büstü ucaldilmışdır.

Böyük Vətən müharibəsi

Böyük Vətən müharibəsi 1941–1945 illərdə, İkinci dünya müharibəsi dövründə Sovet İttifaqı xalqlarının faşist Almaniyası və onun müttəfiqlərinə qarşı aparılan müharibədə Bayramlı kənd sakinləri də böyük qəhrəmanlıq göstərmişlər. Böyük Vətən müharibəsində iştirak etmiş Bayramlı kənd sakinləri:

Quliyev Həmid Hüseynqulu oğlu

  • Nuriyev Qara Həsən oğlu
  • İsmayılov Məmməd Əhməd oğlu
  • Həsənov İmran Həsən oğlu
  • Həsənov Əli Həsən oğlu
  • Həsənov Məhəmməd həsən oğlu
  • Cəfərov Rza Məhəmməd oğlu
  • Cərov Şahverdi Məhəmməd oğlu
  • Bağırov Ənvər Mirzə oğlu
  • Bağırov Qasım Cəfərqulu oğlu
  • Cəfərov Məhəmmədəli Məmməd oğlu
  • Ələkbərov Ələsgər Cəfər oğlu
  • Əskərov Zeynalabdin Muxtar oğlu
  • Əskərov Askər Muxtar oğlu
  • Hümbətov Əmiralı Novruz oğlu
  • Rüstəmov Rüstəm İsmayıl oğlu
  • Məmmədov Nadir İmamqulu oğlu
  • Rüstəmov Aslan İsa oğlu
  • Qəhramanov Ramazan Yahya oğlu
  • Bayramov Qədim Məmmədhuseyn oğlu

İqtisadiyyatı

Əhalisi əsasən kənd təsərrüfatı – heyvandarlıq, əkinçilik və bağçılıqla məşğuldur. İqtisadiyyatında üzümçülük və quşçuluq da mühüm yer tutur.

Buğda, arpa, qarğıdalı kimi taxıl bitkiləri,eləcə də soğan, kələm, pomidor, xiyar,badımcan, günəbaxan, kartof və s. bostan bitkiləri becərilir.

Sovet İttifaqı dövründə

Sovet İttifaqı dövründə Bayramlı əsasən pambiqciliq və uzumculuk üzrə ixtisaslaşmış təsərrüfata malik idi və Şəmkir rayonunda bu sahələr üzrə əsas yerileri tuturdu.

Həmçinin bax

  • Sarırəmə yaşayış yeri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bayramlı (Şəmkir) haqqında məlumat. Bayramlı (Şəmkir) nədir? Bayramlı (Şəmkir) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    XII Karl

  • Fevral 27, 2026

    Leonardo DiKaprio

  • Fevral 27, 2026

    İqor Ponomaryov

  • Fevral 27, 2026

    Girls Generation

  • Fevral 27, 2026

    Xalqların sərvəti

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst