Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bayandır və ya Bayandur — qədim türk adı. Qərbi Azərbaycanda (müasir Ermənistan) iki Bayandır kəndi olmuş; Axuryan rayonuna bağlı Bayandır 1918-ci ildə qırğın v

Bayandır

  • Ana Səhifə
  • Vikipediya
  • Bayandır

Bayandır və ya Bayandur — qədim türk adı. Qərbi Azərbaycanda (müasir Ermənistan) iki Bayandır kəndi olmuş; Axuryan rayonuna bağlı Bayandır 1918-ci ildə qırğın vaxtı dağıdılmış, Gorus rayonuna aid olan Bayandır kəndinin şöhrətli adı isə 1968-ci ildə Vaqatur adı ilə əvəz edilmişdir.

Mündəricat

Bayandırlar

Bayandırlar tarixi qaynaqlarda həm şəcərə, həm də güclü türk qövmü adı olaraq rastlanır. Bayındırlar da Üçok qəbilə ocaqları olan Çepni. Eymur, İqdır, Kınık, Salur, Çavuldur kimi həmin qəbilənin qollarından biridir. Güclü Oğuz tayfası olan Bayandırlar Kiçik Asiyanın fəthində iştirak etmiş 24 böyük oğuz tayfasından biridir. Yurdumuza gəldikdə deməliyik ki, Bayandırlar Qarabağda və Göyçə gölü ətrafında yaşamışlar.

Bayandırlar Azərbaycanın siyasi həyatında da vacib rol oynamış, ictimai-siyasi həyat səhnəsində fəal çıxış etmişlər. Belə ki, Ağqoyunlu hökuməti bayandırlar nəslindən idilər. Bayandırlarla bağlı yer adları Azərbaycanda Bərdə və Tərtər rayonunun Bayandırlı kəndləri, Laçın rayonunda Bayandırçay, Türkiyədə Bayandır şəhəri və İzmir elinə bağlı kənd adları...bu tayfanın çox geniş ərazilərdə yayılmasını göstərir. Doktor Mehmet Eröz özünün tarixi tədqiqlərində Ağqoyunlu hökmdarı Uzun Həsənin Bayandır boyuna mənsub olmasını yada salır. Bu adla bağlı qeyd edir ki, Türkiyənin İzmir diyarında bir qəza və bir çox köylər Bayandır adı daşımaqdadır. Vurdur Gölhisarına bağlı Bayandır köyünün isə adını dəyişdirmişlər.1. Bayandırlar, Oğuzların islamiyyətdən əvvəlki tarixlərində olduqca mühüm rollar oynamış boylardan biridir. "(Türkiyədə) XV-XVI əsrlərə aid təhrir dəftərlərində 52-yə qədər köy və məzrə Bayandır adını daşıyırdı. Anadolunun orta və qərb bölgələrində bulunan bu yer adları, Səlcuqlar dövründə Anadolunun bir türk yurdu halına gətirilməsində bayandırların mühüm bir rol oynadığını göstərir.

V. Bartold və eləcə də M. Artamonov XI-XII əsrlər arasında qədim rus dövlətinin daxili həyatında mühüm rol oynamış türk tayfalarından biri olan Berendeyləri Bayandırlarla eyniləşdirirlər. Məlum həqiqətdir ki, köçəri türk qəbiləsi berendeylər XI-XII əsrlərdə Cənubi Rus çöllərində sakin idilər. 1146-cı ildən etibarən bir çox türk soyları kimi qara klobukların tərkibinə daxil olmuşlar. XIII əsrin başlanğıcında berendeylərin böyük qismi Bolqarıstana və Macarıstana mühacirət etmiş, qalanı Qızıl Orda dövlətinin əhalisi ilə qaynayıb qovuşmuşdular. "Moskvadan şimala tərəf stansiya adı Berendeevo adı türk nəslinin adı ilə bağlıdır. 3. Eləcə də Berdiçev şəhərinin (Ukrayna) əvvəllər- XVIII əsrədək Berendiçev adlandığı məlumdur.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bayandır haqqında məlumat. Bayandır nədir? Bayandır nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Cəlal Ünsizadə

  • Mart 01, 2026

    Breşiya FK

  • Mart 01, 2026

    Lose Yourself

  • Fevral 28, 2026

    Raynhold Messner

  • Fevral 24, 2026

    Respublika qəzeti

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst