Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rəsmi olaraq iki Bavariya bayrağından biri — zolaqlı tip və romb tipli, hər ikisi ağ və mavi rəngdədir. Hər iki bayraq tarixən 1180–1918-ci illərdə Bavariya kra

Bavariya bayrağı

  • Ana Səhifə
  • Vikipediya
  • Bavariya bayrağı

Rəsmi olaraq iki Bavariya bayrağından biri — zolaqlı tip və romb tipli, hər ikisi ağ və mavi rəngdədir. Hər iki bayraq tarixən 1180–1918-ci illərdə Bavariya krallığını idarə edən Vittelsbax sülaləsi ilə əlaqəlidir.

Bavariya bayrağı
Təfərrüatlar
İstifadəsi Mülki və dövlət bayrağı, mülki dəniz bayrağı
Ləqəb alm. Rautenflagge‎ (Almaz bayraq)
Proporsiya 3:5 (adətən)
Dizayn 21 və ya daha çox mavi və ağ romblardan ibarət massiv, gerbli və ya gerbsiz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Haqqında

Zolaqlı bayrağın həm üfüqi, həm də şaquli variantı və ya üzərində gerb olmayan ağ və mavi romblar Bavariyada alm. Staatsflagge‎ adlanan dövlətin rəsmi bayraqları hesab edilə bilər. Onlar mülki şəxslər və hökumət tərəfindən, o cümlədən dövlət avtomobillərində istifadə oluna bilər. Zolaqlı və romb tipli bayraqlar bərabər statusa malikdir və ofislər və ya istifadəçilər onlar arasında seçim etməkdə sərbəstdir.

Gerb əlavə edilmiş variantlar qeyri-rəsmidir və mülki şəxslər tərəfindən bu simvollardan istifadə qəti şəkildə qeyri-qanunidir, lakin laqeyd yanaşılır. Gerbli bayraq əsasən romb tipli olur.

Mavinin dəqiq tonu heç vaxt rəsmiləşdirilməyib, lakin ictimaiyyət tərəfindən istifadə edilən bayraqların əksəriyyəti təxminən RGB 0-204-255 kodlu tonlardadır; rəsmilər RGB 0-128-255-ə daha yaxın bir versiyanı istifadə edirlər. Rombların sayı ən azı 21 olmalıdır və yuxarı sol (natamam) tərəfdə olan romb mütləq ağ olmalıdır.

Rombların dəqiq mənşəyi mübahisəlidir. Onların Bavariyanın göllərinin və çaylarının və ya bəlkə də səmanın simvolu olduğuna inanılır, məsələn, Bavariya himnindəki alm. die Farben Seines Himmels, Weiß und Blau‎ sözləri (Onun səmasının/cənnətinin rəngləri, ağ və mavi) ilə əlaqələndirilir.

Tarixi bayraqlar

Bayraq İstifadə tarixi Hakimiyyət Qeydlər
1255–1353 Aşağı Bavariya hersoqluğu
1353–1392 Bavariya-Landshut hersoqluğu Bavariya-Landshut 1353-1503-cü illərdə Müqəddəs Roma İmperiyası tərkibindəki hersoqluqlardan biri olmuşdur
1392–1505 Bavariya-Münhen hersoqluğu Bavariya-Münhen 1392-1505-ci illərdə Müqəddəs Roma İmperiyası tərkibindəki hersoqluqlardan biri olmuşdur
1505–1623 Bavariya hersoqluğu Bavariya hersoqluğu VI-VIII əsrlərdə Merovinqlər dövlətinin uc regionlarından biri olmuşdur.
1623–1806 Bavariya elektoratlığı Bavariya elektoratlığı 1632-1806-cı illərdə Müqəddəs Roma İmperiyası tərkibindəki müstəqil elektoratlıqlardan biri olmuşdur.
1806–1918 Bavariya krallığı Bavariya krallığı 1806-cı ildə Müqəddəs Roma İmperiyasının dağılması nəticəsində yaradılmış, 1918-ci iləcən davam etmişdir.
1918–1919 Bavariya Xalq Ştatı 1918-1919-cu illərdə Bavariyada qurulmuş sosialist dövləti.
1919 Bavariya Sovet Respublikası 1919-cu ildə Bavariyada qurulmuş sosialist dövləti.
1919–1933 Azad Bavariya ştatı Veymar Respublikasının ştatlarından biri
1933–1945 Münhen-Yuxarı Bavariya qausu Münhen-Yuxarı Bavariya qausu 1933-1945-ci illərdə Nasist Almaniyasının qaularından biri olmuşdur.
1945–1949 İşğal Almaniyası Bavariya İşğal Almaniyasının Amerikan sektoruna aid idi.
1949–present Bavariya Müasir Almaniya Federativ Respublikasının tərkib hissəsi. Hər iki bayraq rəsmidir.

Həmçinin bax

  • BMW
  • Bayern Münhen FK
  • Alman dövlətlərinin bayraqları

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bavariya bayrağı haqqında məlumat. Bavariya bayrağı nədir? Bavariya bayrağı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Lat.

  • Fevral 28, 2026

    Plebs

  • Mart 01, 2026

    Gəncə qapısı

  • Fevral 27, 2026

    Yezidilər

  • Fevral 27, 2026

    Georgiyevsk traktatı

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst