Bavəndilər sülaləsi—VII əsrdə İranın Təbəristan əyalətində iqtidarda olmuş xanədan.
Sülalənin tarixi
Sülalə öz balanğıcını Sasanilər şahı I Qubadın oğlu Kavusun oğlu Bavdan götürür.
Məzdəkilər hərəkatının başlanması-kəndlilərin istismarı, onların əmlakının müsadirə edilməsi iri feodalların güclənməsinə, dövlət xəzinəsinin boşalmasına və bunun sonucunda imperiyanın zəifləməsi prosesinin kəskin xarakter almasına səbəb olmuşdu. İri fodallardan ehtiyat edən I Qubad (488-528) 481-ci ildən fəal mübarizəyə keçən Məzdək Bəmdad oğlundan dəstək istəyir və bir müddət onların fikirləri ilə hərəkət etməyə məcbur olur. Belə ki, qıtlıq zamanı Məzdəkin məsləhəti ilə, Qubad dövlətin taxıl anbarlarını xalqın istifadəsinə verir.
Sonra I Qubad Məzdəkə qarşı çıxır. Amma oğlu və vəliəhdi Kavus üsyan başçısına rəğbət bəslədiyindən taxt-tacdan məhrum edilir. Əvəzinə digər qardaşı Qubadın oğlu I Xosrov Ənuşirəvanın (528-575) şah olur. Kavus isə şimal satraplığa satrap təyin edilir. Çox keçmədən qardaşı tərəfindən öldürülür. Kavusun oğlu Bav Təbəristanda öz sülaləsini yaradır.
Bavəndilər hökmdarları
Kayusiyyə
- Fərruxzad (651–665)
- Valaş (usurpator, 665–688)
- Surkhab I (688–717)
- Mehr Mərdan (717–755)
- Sürxab II (755–772)
- Şirvin I (772–817)
- Şəhriyar I (817–825)
- Şapur (825)
- Rule by the Karenid Məzyar (825-839)
- Qarin I (839–867)
- Rüstəm I (867–895)
- Şirvin II (896–930)
- Şəhriyar II (930–964)
- Rüstəm II (964–979)
- Əl-Mərziban (979–986)
- Şirvin III (986)
- Shahriyar III (986-987)
- Əl-Mərziban (987–998)
- Shahriyar III (998)
- Əl-Mərziban (998-1006)
- Əbu Cəfər Məhəmməd (???-1027)
- Qarin II (1057-1074)
İspəhbədhiyyə
- Şəhriyar IV (1074–1114)
- Qarin III (1114–1117)
- Rüstəm III (1117–1118)
- Əli I (1118–1142)
- Şah Qazi Rüstəm IV (1142–1165)
- I Həsən (1165–1173)
- I Ərdəşir (1173–1205)
- V Rüstəm (1205–1210)
Kinxavəriyyə
- II Ərdəşir (1238–1249)
- Məhəmməd (1249–1271)
- II Əli (1271)
- Yəzdagird (1271–1300)
- V Şəhriyar (1300–1310)
- Key Xosrov ibn Yəzdagird (1310–1328)
- Şərəfülmülk (1328-1334)
- II Həsən (1334–1349)
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, bavəndilər sülaləsi sözünün mənası, bavəndilər sülaləsi haqqında məlumat. bavəndilər sülaləsi nədir? bavəndilər sülaləsi nə deməkdir?