Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Batyarlıq və ya batyar (ukr. батяр, pol. baciar) — XIX əsrin ortalarından XX əsrin ortalarına qədər mövcud olan Lvov subkulturası.

Batyarlıq

  • Ana Səhifə
  • Vikipediya
  • Batyarlıq

Batyarlıq və ya batyar (ukr. батяр, pol. baciar) — XIX əsrin ortalarından XX əsrin ortalarına qədər mövcud olan Lvov subkulturası.

Batyar Günü şənlikləri

Mündəricat

Tarixi

Subkulturanın adı macarca "quldur", "macəraçı" mənasını verən və İran dillərindən gələn "betyár" sözü ilə verilmişdir. XIX əsrdə Lvov Avstriya-Macarıstan imperiyasının bir hissəsi olduğu üçün onun polislərinin bir qismi macar idi və onlar bu termini yerli dialektə öz ana dillərindən gətirmişdilər. Yan Lyamın məlumatına görə, termin "gündən-günə yaşayan, baxımsız, kirli, sərxoş, haqqında yalnız nifrətlə danışılan bir şəxsi" təsvir edirdi. Lvovda batyar müxtəlif təşəbbüslərə və riskli zarafatlara qadir olan cəsarətli adama deyilirdi. Batyarların əksəriyyəti şəhərətrafı qəsəbələrin meyxanalarda və bağlarda toplaşan (xüsusilə Lıçakov və Podzamçe) sakinləri idi.

Batyarlar polyak, ukrayn, alman və ivrit sözlərinin qarışığı olan xüsusi jarqondan istifadə edirdilər, bəziləri hələ də Lvovda istifadə olunur. 1933-cü ildə Lvovda aparıcılar Tonko və Şçepço ilə birlikdə "Şən Lvov Dalğası" radio proqramı çıxdı, bunun sayəsində Polşanın digər vilayətlərində batyar subkulturasını daha da tanınmışdır. Batyarlıq əsasən polyaklar arasında geniş yayılmışdı, bunu Lvov Polşa batyar folkloru sübut edir. 1939-cu ildə Şərqi Polşanın Sovet İttifaqı tərəfindən işğalından və yenidən 1945-ci ildə Ukrayna SSR-in bir hissəsi kimi Sovet İttifaqına birləşdirilməsindən sonra azalmışdır. Sovet hakimiyyəti Polşa sakinlərinin əksəriyyətini deporasiya etmiş və yerli polyak mədəniyyətini sıxışdırmışdır.

Mədəni təsiri

Musiqisini bəstəkar Xenrik Varsın bəstələdiyi, sözlərini Emanuel Şlexterin yazdığı "Yalnız Lvovda" mahnısı batyarların himni hesab olunurdu hesab edilirdi.

Lvov Şəhər Şurasının 1 may 2008-ci il tarixli qərarına əsasən, şəhərdə hər il Batyar Günü keçirilməyə başlanmışdır. Lvovda Batyar Günü sovet bayramı olan 1 May Beynəlxalq Əmək Gününü əvəz etmişdir.

Həmçinin bax

  • Məna sürüşməsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Batyarlıq haqqında məlumat. Batyarlıq nədir? Batyarlıq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qanaxma

  • Fevral 27, 2026

    Hadron

  • Mart 01, 2026

    Draqun

  • Fevral 27, 2026

    Kutubi-sittə

  • Fevral 27, 2026

    Quldarlıq quruluşu

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst