Bastiliyanın alınması (fr. Prise de la Bastille) — Böyük Fransa inqilabının bir epizodu.
| Bastiliyanın alınması | |
|---|---|
| |
| Tarix | 14 iyul 1789 |
| Yeri | |
| | |
Tarixi
Fransada XVIII əsrin sonu Kralın ikiüzlü siyasəti və Parisin çörəklə təchizatının kəskin pisləşməsi cəmiyyətdə gərginliyin artmasına səbəb olur. Parlamenti dəstəkləyən əhalinin gözünə hər yanda "aristokrat sui-qəsdi" görünməyə başlayır, şəhərə şayiə yayılır ki, kral qoşunları Bastiliya qalasının yanında cəmləşəcək. Paris qiyama qalxır. Qiyamçılar silah anbarlarını ələ keçirir, 14 iyul 1789-cu ildə isə hamının kral tiraniyasının rəmzi kimi tanıdığı Bastiliya ələ keçirilir . Bu, artıq qiyam deyil, əsl inqilab idi.
Bastiliyanın alınması günü indi Fransada milli bayram kimi qeyd olunur.
Bastiliyanın alınmasından dərhal sonra Fransada iri torpaq sahiblərinə qarşı kəndlilərin üsyanı başlayır. Üsyançıları dəstəkləyən Milli Assambleya avqustun 6-da feodal imtiyazlarının və kilsə vergisinin (mədaxilin 10%-i) ləğv olunması barədə dekret qəbul edir. Bu dekretdən xəbər tutan kəndlilər yubanmadan kütləvi şəkildə aristokratların və katolik kilsəsinin torpaqlarını zəbt etməyə başlayırlar.
Həmçinin bax
- Bastiliya qalası
- Böyük Fransa inqilabı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bastiliyanın alınması haqqında məlumat. Bastiliyanın alınması nədir? Bastiliyanın alınması nə deməkdir?
