Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Barokko – Bu terminin italyancadan tərcümədə hərfi mənası – "qəribə", "əcaib", "təmtəraqlı" deməkdir. Bu sözə hər şeydən əvvəl, plastik incəsənət növündə – baro

Barokko (musiqi)

  • Ana Səhifə
  • Vikipediya
  • Barokko (musiqi)

Barokko – Bu terminin italyancadan tərcümədə hərfi mənası – "qəribə", "əcaib", "təmtəraqlı" deməkdir. Bu sözə hər şeydən əvvəl, plastik incəsənət növündə – barokkonun möhtəşəmli, təmtəraqlı, dekorativ sinonimi kimi işləndiyi memarlıqda rast gəlmək olar.

Mündəricat

Tarixi

Jan Batist Lulli

XVII əsr – XVIII əsrin ortalarında Avropa incəsənətində üstünlük təşkil edən bədii üslub kimi barokko – klassizm və rokoko üslubundan fərqli olaraq, dövrün dərin daxili ziddiyyətlərini daha aydın əks etdirirdi. Mütərəqqi fikirlərin fəal inkişafı, mənəvi insani keyfiyyətlərin yüksəlməsi ilə səciyyələnən bu dövrdə Q. Qaliley, B. Paskal, İ. Nyuton, J. B. Molyer, C. Svift, Rembrandt, Velaskes kimi dahi şəxsiyyətlər yaşayıb-yaratmışdır.

Barokko üslubuna xas olan ziddiyət, dinamizm musiqi incəsənətində də öz parlaq əksini tapmışdır. Musiqidə uzun əsrlər hökmranlıq edən polifonik yazı üslubu bu dövrdə öz yüksək inkişaf zirvəsinə çatır. Digər tərəfdən, Dirçəliş dövründən başlayaraq, insanın daxili aləminin zənginliklərini dərindən əks etdirmək cəhdi musiqidə tamamilə yeni tip yazı üslubunun – homofoniyanın geniş yayılmasına zəmin yaradırdı. Homofoniyada müşayiətedici səslərin üzərində səslənən həyəcanlı, dinamik melodiya üstünlük təşkil edir.

Tədricən homofoniya və onun major-minor quruluşlu harmonik sistemi qədim ladları əvəz edərək musiqi incəsənətinin bütün sahələrinə yayılır, müxtəlif musiqi janrlarının (opera, oratoriya, kantata, süita, solo və ansambl sonataları, konsert və s.) yaranmasına təkan verir.

Barokkonun mühüm fərqləndirici cəhətlərindən biri də bu və ya digər janrın şərhində məhdud çərçivədən kənara çıxan improvizasiya sərbəstliyi idi. Təbii ki, belə olan surətdə virtuoz (mahir ifaçı) musiqiçiyə daha kamil bir alət lazım idi. Bu dövrdə məharətli italyan ustaları A. Amati, C. Qvarneri, A. Stradivarinin yaratdıqları skripka, alt, violençel kimi kamil musiqi alətləri öz incə məlahətli səsi ilə bu gün də bizi valeh edir.

Barokko incəsənəti o dövrün bir sıra görkəmli bəstəkarları – K. Monteverdi, H. Pörsell, A. Korrelli, A. Vivaldi, H. F. Hendel və xüsusilə də İ. S. Baxın yaradıcılığında yüksək bədii zirvəyə çatmış, sonrakı dövrlərin musiqi incəsənətinin inkişafı üçün zəngin zəmin yaratmışdır.

Biblioqrafiya

  • Давид Шуленберг (Schulenberg, David), "Music of the Baroque". New York: Oxford UP, 2001. ISBN 0-19-512232-1
  • Шерман Н. С. Формирование равномерно-темперированного строя. М., 1964.
  • Ливанова Т. Н., "История западноевропейской музыки до 1789 года (XVII век)", учебник в 2-х тт. Т. 1. М., 1983 г.
  • Норман Дуглас Андерсон (Norman Douglas Anderson), "Aspects of Early Major-Minor Tonality: Structural Characteristics of the Music of the Sixteenth and Seventeenth Centuries", Copyright 1992 Norman Douglas Anderson
  • Бронфин Е Ф., "Клаудио Монтеверди". М.,1969 г.
  • Розеншильд К. К., "Музыка во Франции XVII — начала XVIII века", "Музыка", 1979 г.
  • Илиас Хрисокоидис (Ilias Chrissochoidis), The "Artusi-Monteverdi Controversy: Background, Content and Modern Interpretations", King’s College, Лондон, 2004 г.
  • Барбье П. Венеция Вивальди: Музыка и праздники эпохи барокко|оригинал = La Venise de Vivaldi: Musique et fêtes baroques|ссылка, СПб. Издательство Ивана Лимбаха|год = 2009|страницы =280|isbn = 978-5-89059-140-1

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Barokko (musiqi) haqqında məlumat. Barokko (musiqi) nədir? Barokko (musiqi) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    16 mart

  • Fevral 23, 2026

    Sürix (kanton)

  • Fevral 25, 2026

    Ukrayna prezidenti

  • Fevral 25, 2026

    Mikayıl Rzaquluzadə

  • Fevral 23, 2026

    Diokletian

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst