Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bandunq konfransı — 1940-cı ilin sonu və 1950-ci illərin ortalarında Asiya və Afrikada bir sıra yeni müstəqil dövlətlər yarandı. Bu dövlətlərin xarici siyasəti

Bandunq konfransı

  • Ana Səhifə
  • Vikipediya
  • Bandunq konfransı

Bandunq konfransı — 1940-cı ilin sonu və 1950-ci illərin ortalarında Asiya və Afrikada bir sıra yeni müstəqil dövlətlər yarandı. Bu dövlətlərin xarici siyasəti və diplomatik fəaliyyəti beynəlxalq münasibətlərdə özünəməxsus yer tutmağa başladı.

Merdeka Binası

1947-ci ildə Dehlidə 26 ölkənin nümayəndələrindən ibarət keçirilən müşavirə Asiya ölkələrini əməkdaşlığa çağırırdı. Bu ölkələr bloklara qoşulmamaq xətti götürdülər. Həmin məqsədlə 1955-ci il aprelin 18-də Bandunq şəhərində konfrans çağırıldı. Konfrans İndoneziya prezidentinin nitqi ilə öz işinə başladı. O qeyd etdi ki, Asiya və Afrika yalnız birliyi saxlamaqla çiçəklənə bilər. Bu konfransda Türkiyə, Birma, Hindistan, İndoneziya, Pakistan, Seylon, Əfqanıstan, Kamboca, ÇXR, Misir, Mərakeş, Qızıl Sahil, İran, İraq, Yaponiya, İordaniya, Laos, Livan, Liberiya, Liviya, Nepal, Filippin, Səudiyyə Ərəbistanı, Sudan, Suriya, Tailand, VDR(keçmiş Vyetnam Demokratik Respublikası), Yəmən və Cənubi Vyetnam nümayəndə heyətləri iştirak edirdilər.

İlk dəfə olaraq keçmiş müstəmləkəçi dövlətlər öz maraqlarını əks etdirən məsələləri həll etmək üçün toplaşmışdılar. Bu, Bandunq konfransına xüsusi əhəmiyyət verdi. Konfransda dünyada baş verən dəyişiklikləri nəzərə alaraq müstəmləkəçiliyi tamamilə ləğv etmək fikirləri irəli sürüldü.

Konfrans iştirakçıları siyasi, iqtisadi və mədəni məsələlər üzrə komitələr təsis etdilər. Gündəliyə aşağıdakı məsələlər daxil olundu:

1) İqtisadi əməkdaşlıq;
2) Mədəni əməkdaşlıq;
3) İnsan hüquqları və özünütəyinetməyə dair hüquqlar;
4) Asılı xalqların problemi;
5) Beynəlxalq sülh və əməkdaşlıq.

Yekdilliklə qəbul olunan son bəyannamədə konfrans Asiya və Afrika ölkələri arasında hərtərəfli əməkdaşlığın inkişafına və bu məqsədlə bir-birinə köməklik göstərməyə çağırdı. Konfransda qəbul olunan "Ümumdünya sülh və əməkdaşlığa yardım etmək haqqında qətnamə" xüsusi əhəmiyyət kəsb edirdi. Bu qətnamə müstəmləkəçiliyə son qoymaq qətiyyətini ifadə etdi və hərbi blokları pislədi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, bandunq konfransı sözünün mənası, bandunq konfransı haqqında məlumat. bandunq konfransı nədir? bandunq konfransı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Skopye

  • Fevral 27, 2026

    Zülal

  • Fevral 27, 2026

    Amun

  • Fevral 27, 2026

    Kuçan

  • Mart 01, 2026

    Qulaməli Rəşid

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst