Bakılı Futbol Klubu — 1995-ci ildə Misir Səttar oğlu Əbilov tərəfindən yaradılmış və həvəskar futbolçulardan təşkil olunmuşdur.
| Bakılı PFK | |
|---|---|
| |
| Klubun tam adı | Bakılı Peşəkar Futbol Klubu |
| Ölkə | |
| Ləqəb(lər) | "Şəhərlilər" |
| Rəng(lər) | mavi |
| Yaranma tarixi | 1997 |
| Stadionu | Şəfa stadionu |
| Tutumu | 7535 |
| Baş məşqçisi | Əli Hüseynov |
| Liqa | I Divizion |
| 2015-16 | 9 |
| Rəsmi saytı | |
Tarixi
Rəsmi olaraq klub ilk dəfə "Аraz" adı altında 1997-ci il martın 27-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. 1998-ci il fevralın 3-dən klub "Bakılı" adlanıb. 1995–96-cı illər mövsümündə klub 6-cı milli çempionatın birinci qrupunda ilk oyununu keçirib. O mövsümdə klub müvəffəqiyyətlə çıxış edərək çempionatın lideri olmuş və yüksək liqaya vəsiqə qazanmışdır. Yüksək liqada klubu professional oyunçular və Ukraynadan dəvət olunmuş futbolcular təmsil edirdilər. Xüsusi qeyd edilməlidir ki, milli futbol klubları arasında ilk dəfə olaraq "Bakılı" Futbol klubu əcnəbi legionerlər dəvət etmişdir. "Bakılı" Futbol klubu başlıca olaraq klubun təsisatçısı və prezidenti Misir Səttar oğlu Əbilov tərəfindən maliyyələşdirilir.
Adlandırma xronologiyası:
1963–1991: Araz Bakı
1995–1997: Araz Bakı
1998: Bakılı Bakı
1998–2000: Bakılı Naxçıvan
2000–...: Bakılı Bakı
Uğurları
- Azərbaycan Birinci Liqası:
- Birinci (1) — 2007–08
- İkinci (1) — 1996–97
- Üçüncü (3) — 2001–02, 2009–10, 2010–11
Azərbaycan Çempionatında və Kubokunda
| Mövsüm | Liqa | Yer | O | Q | H | M | VQ | BQ | Xal | Ölkə kuboku |
|---|---|---|---|---|---|---|---|---|---|---|
| 1995–96 | 3-cü | 12 | 21 | 3 | 1 | 17 | 21 | 49 | 10 | İştirak etməyib |
| 1996–97 | 2-ci | 2 | 10 | 5 | 3 | 2 | 12 | 7 | 18 | 1/16 final |
| 1997–98 | 1-ci | 10 | 26 | 8 | 4 | 14 | 35 | 43 | 28 | 1/8 final |
| 1998–99 | 1-ci | 10 | 32 | 7 | 7 | 12 | 14 | 27 | 28 | 1/4 final |
| 2000–01 | 2-ci | 8 | 22 | 6 | 8 | 8 | 29 | 25 | 26 | 1/16 final |
| 2001–02 | 2-ci | 3 | 12 | 6 | 3 | 3 | 25 | 12 | 21 | 1/8 Finals |
| 2003–04 | 1-ci | 7 | 26 | 10 | 4 | 12 | 40 | 46 | 34 | 1/2 final |
| 2004–05 | 1-ci | 17 | 34 | 3 | 5 | 26 | 22 | 71 | 14 | 1/8 final |
| 2005–06 | 2-ci | 6 | 30 | 16 | 8 | 6 | 32 | 23 | 56 | 1/8 final |
| 2006–07 | 2-ci | 5 | 22 | 8 | 6 | 8 | 23 | 26 | 30 | 1/8 final |
| 2007–08 | 2-ci | 1 | 10 | 5 | 4 | 1 | 8 | 4 | 19 | 1/16 final |
| 2008–09 | 1-ci | 13 | 26 | 3 | 3 | 20 | 14 | 65 | 12 | 1/8 final |
| 2009–10 | 2-ci | 3 | 22 | 14 | 1 | 7 | 41 | 19 | 43 | 1/8 final |
| 2010–11 | 2-ci | 3 | 26 | 16 | 4 | 6 | 37 | 24 | 32 | 1/16 final |
| 2011–12 | 2-ci | 5 | 26 | 11 | 5 | 10 | 36 | 28 | 38 | 1/8 final |
| 2012–13 | 2-ci | 7 | 24 | 7 | 7 | 10 | 30 | 38 | 28 | 1-ci yer |
| 2013–14 | 2-ci | 14 | 30 | 6 | 6 | 18 | 34 | 60 | 24 | İştirak etməyib |
| 2014–15 | 2-ci | 10 | 30 | 10 | 4 | 16 | 46 | 61 | 34 | İştirak etməyib |
| 2015–16 | 1-ci | 1 | 26 | 8 | 6 | 12 | 34 | 46 | 30 | İştirak etməyib |
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bakılı PFK haqqında məlumat. Bakılı PFK nədir? Bakılı PFK nə deməkdir?
