"Bakubus" MMC — 03 aprel 2014 tarixində yaranmış Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən, payları dövlətə məxsus Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC). Nazirlər kabinetinin qərarı ilə nizamnamə kapitalının formalaşdırılması, ilkin mərhələdə fəaliyyətinin təşkili və Cəmiyyət tərəfindən sərnişin daşınması üzrə avtobusların alınması məqsədilə həmin Cəmiyyətə Azərbaycan Respublikasının 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 30 milyon manat məbləğində vəsait ayrılıb.
2024-cü il üçün 26 şəhərdaxili, 19 şəhərətrafı marşrut xətti mövcuddur. Bu xətlərdə BMC şirkətinin Procity 12 m CNG, Procity 18 m CNG və Neocity 9 m CNG model avtobusları fəaliyyət göstərir. H1 (Hava Limanı Ekspress), 594 və 595 nömrəli marşrutlarda Neoplan markalı avtobuslar istifadə olunur.
2018-ci il məlumatına görə, Bakıda yalnız "Bakubus"a məxsus avtobuslar sıxılmış maye qaz yanacağı ilə işləyirdi. 2025-ci il 27 sentyabr Tarixində Prezident İlham Əliyev Gəncə Şəhərində Bakubus Avtobus Parkının açılışında iştirak etmişdir. Bakubus Gəncədə 18 şəhərdaxili və 2 şəhərətrafı marşrutlar fəaliyyət göstərir.Gəncədə Bakubus Çin İstehsalı olan Yutong Markalı Avtobuslardan istifadə olunur. Gəncədə Fəaliyyət göstərən Yutong 9 və 12 metrlik Avtobuslar fəaliyyət göstərir. 28 Sentyabr Tarixindən etibarən Bakubus Gəncədə mərhələli şəkildə fəaliyyətə başlamışdır.
BakuBus avtobusu Şərifzadə küçəsində
BakuBus Iveco Urbanway
BakuBusa məxsus BMC Procity markalı avtobus Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində
Həmçinin bax
- Bakı Nəqliyyat Agentliyi
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bakubus MMC haqqında məlumat. Bakubus MMC nədir? Bakubus MMC nə deməkdir?