Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bakir İsmayıl oğlu Məhərrəmov (7 may 1960) — neftçi-geoloq, geologiya-minerologiya elmləri üzrə fəlsəfə doktoru (2005), "Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti"

Bakir Məhərrəmov

  • Ana Səhifə
  • Vikipediya
  • Bakir Məhərrəmov

Bakir İsmayıl oğlu Məhərrəmov (7 may 1960) — neftçi-geoloq, geologiya-minerologiya elmləri üzrə fəlsəfə doktoru (2005), "Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti"nin Prezidenti (2014–2015).

Bakir Məhərrəmov
Bakir İsmayıl oğlu Məhərrəmov
Doğum tarixi 7 may 1960(1960-05-07) (65 yaş)
Doğum yeri
  • Göyəlli, Gədəbəy rayonu, Azərbaycan SSR, SSRİ
Elm sahəsi geologiya
Elmi dərəcəsi
  • geologiya-mineralogiya elmləri namizədi
Elmi adı
  • dosent
Mükafatları

1. "Neft və qaz sənayesinin inkişafında xüsusi xidətlərinə görə" Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Fəxri Fərmanı.

2. Fəxri Neftçi.

Mündəricat

Həyatı

Bakir İsmayıl oğlu Məhərrəmov 7 may 1960-cı ildə Gədəbəy rayonunda, Şınıx mahalının Göyəlli kəndində ziyalı ailəsində anadan olmuşdur.1977-ci ildə, Çayrəsullu 10 illik kənd orta məktəbini fərqlənmə ilə bitirmiş, 1978-ci ildə Azərbaycan Neft-Kimya İnstitutuna (İndiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə) qəbul olunmuş və əmək fəaliyyətini dayandırmadan axşam şöbəsində təhsil almışdır. 1979–1981-ci illərdə hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra təhsilimi davam etdirərək, 1987-ci ildə universitetin "Geoloji-kəşfiyyat" fakültəsinin "Dağ mühəndisi-hidrogeoloq" ixtisasını bitirmişdir, 1984-cü ildən Azərbaycan Neft Sənayesi Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutunda işləməyə başlamış, 1984–2006-cı illər ərzində "Geoloji-kəşfiyyat işlərinin araşdırılması və layihələndirilməsi" laboratoriyasında böyük texnik, mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmışdır. 1994–1995-ci illərdə könüllü olaraq cəbhəyə getmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə taqım komandiri kimi iştirak etmişdir. 2005-ci ildə "Aşağı Kür çökəkliyinin şimal-şərq hissəsi və Şamaxı-Qobustan rayonunun onunla həmsərhəd zolağının geoloji quruluşu və neft-qazlılıq perspektivliyi" mövzusunda namizədlik dissertasiyasını "Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı" ixtisası üzrə müvəffəqiyyətlə müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi adına layiq görülmüşdür. 2006–2011-ci illərdə SOCAR-ın ""Neftqazelmitədqiqatlayihə" İnstitutunun" "Quyuların qazılmasının geoloji əsaslandırılması" laboratoriyasında müdir vəzifəsində, 2011–2014-cü illərdə "Axtarış-kəşfiyyat işlərinin təhlili və quyuların qazılma şəraitinin əsaslandırılması" laboratoriyasında müdir müavini vəzifəsində işləmiş, 2014-cü ildə həmin laboratoriyanın müdiri təyin edilmişdir. 2008–2013-cü illərdə "Amerika Neftçi Geoloqları Assosasiyası"nın bölməsi olan "Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti"nin vitse-Prezidenti, 2014–2016-cı illərdə isə "Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti"nin Prezidenti vəzifəsində çalışmışdır. 2006-cı ildən "Neft-qaz yataqlarının geologiyası, geofizikası, axtarışı və kəşfiyyatı"elmi- texniki şura bölməsinin,2014-cü ildən "AzNEFT"İB-də "Axtarış-kəşfiyyat, Neft və qaz Ehtiyatları, Neft və qaz yataqlarının işlənməsi üzrə Daimi fəaliyyət göstərən Komissiya"nın, 2017-ci ildən AMEA-nın "Geologiya və Geofizika İnstitutu"nun Yer elmləri üzrə dissertasiya müdafəsinin elmi seminarının üzvüdür.

2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 26 iyul tarixli qərarı ilə dosent elmi adı verilmlşdir.

2017-ci ildə "Neft və qaz sənayesinin inkişafında xüsusi xidətlərinə görə" Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Fəxri Fərmanı ilə təltif edilmişdir.

2020-ci il 20 mayda Fəxri Neftçi döş nişanı ilə təltif edilmişdir.

Elmi fəaliyyəti

Bakir Məhərrəmovun elmi tədqiqat istiqamətləri neft-qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı, neftli-qazlı hövzələrin palotektonik, paleocoqrafi inkişafı, struktur-tektonik quruluşu və geoloji mürəkkəbləşmələr ilə əlaqədardır. O, 55 elmi əsərin, 2 monoqrafiyanın, 1 xəritənin müəllifidir. Bir sıra Respublika və Beynalxalq konfranslarda məruzələrlə çıxış etmişdir.

Əsərləri

  • "Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası" (2015)-monoqrafiya.
  • "Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma" (2019)-monoqrafiya.
  • "Ləngəbiz-Ələt və Aşağı Kür çökəkliyinin onunla sərhəd zolağının geologiyası" (2023)-monoqrafiya.
  • "Azərbaycanın neft-qaz yataqları və perspektivli strukturları" (2023, I cild)-sorğu kitabı.
  • "Azərbaycanın dəniz akvatoriyasında neft-qaz yataqlarının geologiyası və işlənmə göstəriciləri" (2023-sorğu kitabı).
  • "Azərbaycanın quru ərazisində neft-qaz yataqlarının geologiyası və işlənmə göstəriciləri" (2023-sorğu kitabı).
  • "Azərbaycanın neft-qaz yataqları və perspektivli strukturları" (2024, II cild)-sorğu kitabı.
  • "Azərbaycanın neft-qaz yataqları və perspektivli strukturları" (2024, III cild)-sorğu kitabı.
  • "Azərbaycanın neft-qaz yataqları və perspektivli strukturları" (2024, IV cild)-sorğu kitabı.
  • "Azərbaycanın Respublikasının quru ərazisinin neftqazgeoloji rayonlaşdırma xəritəsi" (2024)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, bakir məhərrəmov sözünün mənası, bakir məhərrəmov haqqında məlumat. bakir məhərrəmov nədir? bakir məhərrəmov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 03, 2026

    İxracat

  • Mart 01, 2026

    Müəllim Günü

  • Mart 06, 2026

    Əlimədətli (Ağdam)

  • Mart 01, 2026

    Ariazantlar

  • Fevral 27, 2026

    Sürtünmə qüvvəsi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst