Bakı trolleybusu — Bakı şəhərində mövcud olmuş elektrikli ictimai nəqliyyat. Trolleybus ilk dəfə 1941-ci ildə istifadəyə verilmişdir. Xətlərin maksimal uzunluğu 300 km idi. 2004-ci ildə isə tamamən ləğv edilmişdir.
Tarixi
Trolleybus Bakıda ilk dəfə 1941-ci ildə peyda olur. Şəhərdə trolleybus sistemi 60-70 illərdə tam təkmilləşir. 1980-ci illərdə isə xətlərin uzunluğu 300 kilometrə çatırdı. Burada 32 marşrut mövcud olmuşdur.
Şəbəkə həmçinin Bakı ətrafı bir necə qəsəbəni də əhatə edirdi. Burada iki depo mövcud olmuşdur. 90-cı illərə qədər inkişaf yüksək olmasına baxmayaraq xalq arasında məşhurluğu olduqca zəif olmuşdur. Hətta tramvaydan belə geri qalırdı. 32 marşrutdan cəmi 6-sı rentabelli idi. Bu səbəbdən 2004-cü ildə tamamən ləğv edilmişdir. (son işləyən marşrut № 16).
Arsenalı
İlk istifadə edilən trolleybus modelləri haqqında məlumat yoxdur. İlk məşhur model isə MTB-82-dir. 60-cı illərdə Bakıda BTL-62 markalı trolleybuslar buraxılmağa başlanılır. 60-cı illərdə Şkoda 9Tr, 79-cu ildə Şkoda 9TrN, 1982-ci ildə Şkoda 14Tr, 80-ci ildə ZİU-9 modelləri istifadəyə verilir.
BTL-62
BTL-62 trolleybus modeli Bakıda buraxılırdı. Bu model LAZ-695B markalı avtobusun balansında yığılmışdır.
Xidmət trolleybusu NBNZ
80-ci illərdə işçiləri Neftayırma zavodu ilə fəhlələrin yaşayış məntəqələri arasında trolleybus xətti işləyirdi. Bu məqsədlə №18 və №13 maşrutlar ayrılmışdı. Bu istiqamətdə əsasən Şkoda 14Tr markalı trolleybuslardan istifadə edilirdi.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bakı trolleybusu haqqında məlumat. Bakı trolleybusu nədir? Bakı trolleybusu nə deməkdir?