Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

1887-ci ildə Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyev başda olmaqla digər beş mesenat atlı-dəmiryol səhmdar cəmiyyətini təşkil edirlər. Bakı konkası ilk d

Bakı konkası

  • Ana Səhifə
  • Vikipediya
  • Bakı konkası

Bakı konkası — Bakı şəhərində mövcud olmuş atla hərəkətə gətirilən tramvay xətti.

Bakı konkası 1900 il.

Mündəricat

Tarixi

1887-ci ildə Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyev başda olmaqla digər beş mesenat atlı-dəmiryol səhmdar cəmiyyətini təşkil edirlər. Bakı konkası ilk dəfə 7 (19) aprel 1889-cu ildə hərəkətə gətirilir. Səhmdar cəmiyyətin ilk sədri H. Z. Tağıyev olur. Tikinti işləri isə B. A. Rotulda tapşırılır (1 dekabr 1890 ilə qədər, sonradan rəhbərlik L. М. Rıjanskiyə həvalə edilir). Relslər arasında məsafə 1524 mm-dir. İlk ildəcə tikintiyə 52 min rubl pul ayrılır. 1923-cü ilin 1 oktyabr tarixində xətlər elektrikli tramvayla əvəzlənir.

Bakı konkası.

Maşrutlar

Şəbəkə öz növbəsində bir-biri ilə əlaqəsi olmayan xətlərdən ibarət olmuşdur:

Voğzal — Bayıl: Voğzal, Voğzal meydanı, Telefonnaya (28 may), B.-Morskaya, Molokanskaya, Mariinskaya, Baryatinkaya, Mixaylovdkaya, Naberejnaya prospekti (Neftçilər prospekti), Mixaylovski bağı (Əliağa Vahid bağı), Bayıl (Dağlıq hissəsi). Əks istiqamət: Mixaylovski bağı (Əliağa Vahid bağı), Naberejnaya, Mixaylovski, Merkurevskaya, B.-Morskaya, Telefonnaya, Voğzal meydanı, Voğzal.

Voğzal — Şamaxinka: Voğzal, Voğzal meydanı, Telefonnaya (İstiqlal), B.-Morskaya, Molokanskaya, Kolyobakinskaya, Voronsovskaya, Balaxanskaya (Füzuli küçəsi), Şaxskaya, Şamaxinka (Dağlıq hissəsi). Əks istiqamət: Şamaxinka, Bazarnaya, Kolyobakinskaya, Mariinskaya, Merkurevskaya, B.-Morskaya, Telefonnaya, Voğzal meydanı, Voğzal.

Şamaxinka — Bayıl: Şamaxinka, Bazarnaya, Kolyobakinskaya, Parapet (Fəvvarələr meydanı) Velikoknazskaya, Mixaylovskaya, Nberejnaya, Mixaylov bağı, Bayıl (Dağlıq hissəsi). Əks istiqamət: Mixaylov bağı, Bayıl, Naberejnaya, Olqinskaya, Velikoknazskaya prospekti, Parapet, Kolyobakinskaya, Voronsovkaya, Şamaxinka.

Balaxanı': Şamaxinka, Balaxanı, Sabunçu voğzalı, Voğzal meydanı. Əks istiqamət — eni istiqamətdə geri qayıdır.

Voğzal — Qara şəhər: Voğzal meydanı, Telefonnaya, Nobel Qardaşları. Əks istiqamət — eni istiqamətdə geri qayıdır.

1895-ci ildə artıq konkanın dörd xətti mövcud idi. Şəhər daxili xəttlər Bakı tramvayına dövr edilir. Qara şəhər istiqamətində mövcud xətlər buxarlı tramvayla əvəzlənir. Sonradan isə elektrikli tramvayla əvəzlənir. Ensiz reylslər tədricən tramvaylara verilsədə sonradan neftlə bağlı dəmiryollarına verilir.

Xüsusiyyətləri

Bakı konkası iki tip vaqondan istifadə edilirdi: yay və qış vaqonları. Bu konka bütün Çar imperiyasında nadir konkalardan idi ki, burada siqaret çəkmək qadağan edilmişdi. Sürücü və konduktordan ibarət ekipaja malik idi. Yeni vaqonlarda xidmət haqqı 5 qəpik idi. Açıq vaqonda və damda gediş haqqı isə cəmi 5 qəpik olmuşdur.

Həmçinin bax

  1. Bakı tramvayı
  2. Sumqayıt tramvayı
  3. Gəncə tramvayı

Qalereya

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, bakı konkası sözünün mənası, bakı konkası haqqında məlumat. bakı konkası nədir? bakı konkası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Belde

  • Fevral 27, 2026

    Xudabəndə şəhristanı

  • Fevral 27, 2026

    Lütvəli Babayev

  • Fevral 25, 2026

    Qram

  • Fevral 27, 2026

    Qərb bloku

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst