Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bafey döyüşü və ya Qoyunhasar döyüşü — 18-27 iyul 1302-ci il tarixdə Osmanlı bəyliyi ilə Bizans imperiyası arasında baş vermiş döyüş. Bafey müharibəsi Osmanlı b

Bafeus müharibəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Bafeus müharibəsi

Bafey döyüşü və ya Qoyunhasar döyüşü — 18-27 iyul 1302-ci il tarixdə Osmanlı bəyliyi ilə Bizans imperiyası arasında baş vermiş döyüş. Bafey müharibəsi Osmanlı bəyliyi və Bizans imperiyası arasında baş vermiş tarixdəki ilk silahlı toqquşmadır. Döyüşü I Osmanın rəhbərliyi altında olan Osmanlı ordusu qazanmışdır.

Mündəricat

Əsas məqsəd

Xəlil İnalcık, müxtəlif Osmanlı mənbələri ilə Yeoryos Pahimerisə (Bizans tarixçisi) əsaslanaraq Bafeus müharibəsnin baş vermə səbəbini, Osmanlı dövlətinin Nikeanı (indiki İznik) yenidən Türk hakimiyyəti altına alma istəyi kimi göstərimişdir.

Müharibənin yeri

Bafeus müharibəsi kimi tanınan müharibə bu gün Bursa vilayəti Təzə Şəhər ilinə bağlı Koyunhisar və ya digər adı ilə Hamidiyə kəndinin yerləşdiyi düzənlikdə baş vermişdir.

Başda Bursa valisi Atranos, Ketel və Kita tekfurları Osman bəyə qarşı birləşdilər. İmperator II Andronikos Palaiologos da 2 min nəfərlik çoxu pullu əsgərlərdən ibarət olan mərkəzi ordu gücü göndərmişdi. Ancaq bu birləşmiş Bizans ordusu Osman bəy komandanlığı altındakı Osmanlı qüvvələri tərəfindən, İzmitin şimal-şərqində Koyunhisar (Baphaeon) deyilən yerdə ağır bir məğlubiyyətə uğradıldı.

Bu müharibə zamanı yenilən Bizanslı qüvvələrin çox itkiyə məruz qalmadıqları və bir çox mərkəzi Bizans gücünə aid muzdlu əsgərlərin dağınıq şəkildə İzmitə qayıtdığı bildirilməkdədir. Osmanlı qüvvələrindən isə Osman bəyin qardaşı oğlu Aydoğdu bəy həlak olmuşdur. Osman Qazi qardaşının ölümünə çox məyus olmuşdur. Aydoğdu bəyin qəbri Koyunhisar mahalının ərazisindədir.

Müharibənin önəmi


  • Osmanlılar Bizans tekfurlarının (Bizansda xristian bəylərinə verilən ad) güclü ordusunu məğlub edərək onsuz da zəifləmiş olan Bizansın gücünü daha da zəiflətmişdir.
  • Bursanın şimalı istisna olmaqla üç tərəfi Osmanlı torpaqlarına çevrilmişdir.
  • Osman Qazinin gücünə güc vermişdir və Anadolunun dörd bir yanından könüllülər Osman Qazi komandanlığı altındakı Osmanlı ordusuna qatılmışdılar.
  • Tarixçi Xəlil İnalcık 2009-cu ildə verdiyi bir açıqlamada Osmanlı bəyliyinin dövlət xarakterini 1302-ci ildə Koyunhisar müharibəsindəki Osman bəyin qalibiyyətindən sonra qazandığını iddia edir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bafeus müharibəsi haqqında məlumat. Bafeus müharibəsi nədir? Bafeus müharibəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Cavanşir qəzası

  • Fevral 27, 2026

    Fransa metropoliyası

  • Fevral 27, 2026

    Luka Toni

  • Fevral 27, 2026

    Safsar

  • Fevral 27, 2026

    Qavqamela döyüşü

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst