Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dmanisi bələdiyyəsi, Başkeçid bələdiyyəsi — Gürcüstan Respublikasının Aşağı Kartli diyarında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Başkeçid şəhəridir.

Başkeçid rayonu

  • Ana Səhifə
  • Vikipediya
  • Başkeçid rayonu

Dmanisi bələdiyyəsi, Başkeçid bələdiyyəsi — Gürcüstan Respublikasının Aşağı Kartli diyarında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Başkeçid şəhəridir.

Rayon
Dmanisi bələdiyyəsi
gürc. დმანისის მუნიციპალიტეტი (dmanisis munitsipaliteti)
დმანისის მუნიციპალიტეტი
Bayraq Gerb
Bayraq Gerb

41°19′56″ şm. e. 44°12′16″ ş. u.HGYO


Ölkə
  •  Gürcüstan
İnzibati mərkəz Dmanisi
İcra başçısı Tengiz Mirotadze
Tarixi və coğrafiyası
Yaradılıb 1930
Sahəsi 1 198.8 km²
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 28 900 nəfər
Rəqəmsal identifikatorlar
Telefon kodu (360)
Poçt indeksi 1700–1799
Rəsmi sayt
Dmanisi bələdiyyəsigürc. დმანისის მუნიციპალიტეტი (dmanisis munitsipaliteti) xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Bələdiyyə ərazisi 1917-ci ilədək Tiflis quberniyasının Borçalı qəzasına, 1917-1930-cu illərdə birbaşa Tiflis quberniyasına daxil olmuşdur. 1930-cu ildə hazırkı bələdiyyənin ərazisini əhatə edən Başkeçid rayonu təşkil edildi. 18 mart 1947-ci il tarixində rayonun inzibati mərkəzi rəsmən Dmanisi şəhəri, rayonun özü isə Dmanisi rayonu adlandırıldı.

Coğrafiyası

Başkeçid bələdiyyəsi Borçalının ən hündür dağlıq regionu hesab olunur. Ərazisi təqribən dəniz səviyyəsindən 1000 mertdən başlayaraq Qaraxaç yaylasında hündüylüyü 3196 metrə çatan Ağçala dağınadək yüksək dağlıq relyefə malikdir. Digər hündür zirvələri Leyli (3154 m.), Yemlikli (3055 m.), Əyriqar (2973 m.), Sənəkuçan (2923 m.), Şindi dağı (1897 m.) və s.-dir. 2009-cu ilə olan məlumata əsasən ərazisinin 23.936 hektarı meşələrlə örtülüdür.

İnzibati-ərazi bölgüsü

1 yanvar 1931-ci il vəziyyətinə

1 yanvar 1931-ci il tarixinə olan inzibati-ərazi bölgüsünə əsasən Başkeçid rayonu 1204 km² ərazini, bu ərazidə yerləşən 8 kənd sovetliyinə daxil olan toplam 65 kəndi və bu kəndlərdə yaşayan 26.277 nəfər əhalini əhatə edirdi.

15 oktyabr 1938-ci il vəziyyətinə

15 oktyabr 1938-ci il tarixinə olan inzibati-ərazi bölgüsünə əsasən Başkeçid rayonu 1.2 min km² ərazini, bu ərazidə yerləşən 13 kənd sovetliyini əhatə edirdi.

1 may 1960-cı il vəziyyətinə

1 may 1960-cı il tarixinə olan inzibati-ərazi bölgüsünə əsasən Başkeçid rayonu 1223.1 km² ərazini, bu ərazidə yerləşən 1 qəsəbə və 12 kənd sovetliyini əhatə edirdi. Bu sovetliklərə 1 şəhər tipli qəsəbə və 58 kənd daxil idi.

17-24 yanvar 2002-ci il vəziyyətinə

Əhalisi

1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən rayonda 28.9 min nəfər əhali yaşayır. Onun 3.8 min nəfəri Başkeçid şəhərində, 25.1 min nəfəri isə kəndlərdə yaşayır.

Başkeçid rayonunun əhalisi
1.1.2003 r.t. 1.1.2004 r.t. 1.1.2005 r.t. 1.1.2006 r.t. 1.1.2007 r.t. 1.1.2008 r.t. 1.1.2009 r.t. 1.1.2010 r.t. 1.1.2011 r.t. 1.1.2012 r.t.
27 70027 60027 80028 40028 30028 17928 20028 50028 80028 900

Etnik tərkibi

Başkeçid rayon əhalisinin milli tərkibi
Etnik qrup 1939 sa. Nisbəti 1959 sa. Nisbəti 1979 sa. Nisbəti 1989 sa. Nisbəti 2002 sa. Nisbəti
cəmi33 975100 %34 174100 %44 574100 %51 844100 %28 034100 %
azərbaycanlı16 94549.87 %19 66657.55 %32 16472.16 %33 10763.86 %18 71666.76 %
gürcü6 53619.24 %5 74216.80 %5 77412.95 %14 59028.14 %8 75931.24 %
urum5 32015.66 %4 49913.16 %3 5377.94 %3 1746.12 %2180.78 %
rus1 6634.89 %1 1263.30 %6911.55 %5791.12 %1560.56 %
erməni2 7198.00 %2 8008.19 %2 3085.18 %1870.36 %1470.52 %
osetin340.1 %410.12 %240.05 %410.08 %120.04 %
abxaz........................90.03 %
ukraynalı1380.41 %1430.42 %220.05 %470.09 %70.02 %
alman4821.42 %........................
kürd və yezidi270.08 %110.03 %......40.01 %......
yəhudi40.01 %100.03 %10.00 %............
ləzgi250.07 %........................
assuriyalı40.01 %.....................
digər780.24 %1360.40 %530.12 %1150.22 %100.04 %

Yaşayış məntəqələri üzrə, 2002 sa.

17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən rayonun ümumi 28.034 nəfər əhalisinin 3.427 nəfəri Başkeçid şəhərində, 24.607 nəfəri isə kəndlərdə yaşayır. Kənd əhalisinin 74.4 %-ni azərbaycanlılar, 24.2 %-ni gürcülər, 0.7 %-ni urumlar, 0.3 %-ni ermənilər, 0.2 %-ni ruslar, 0.2 %-ni isə digər millətlərin nümayəndələri təşkil edir. Yekunlara görə rayonda 1 şəhər, 59 kənd olmaqla 60 yaşayış məntəqəsi var idi və kəndlərdən 3-ündə əhali yaşamırdı.

Bələdiyyə daxil olan yaşayış məntəqələrində gürcülərin məskunlaşması Qomareti kəndi istisna olmaqla XIX əsrin II yarısından başlamışdır. Belə ki, 1832-ci il kameral sayımı zamanı gürcülər bütün Borçalı distansiyası ərazisində yalnız Qomareti kəndində yaşayırdılar.

17-24 yanvar 2002-ci il siyahıyaalınmasına əsasən Başkeçid rayonunun yaşayış məntəqələri
No Gürcücə rəsmi adı Azərbaycanca əsil adı Əhali Rəsmi milli tərkib
57cəmicəmi28 034
1ქალაქი დმანისი (kalaki dmanisi)Başkeçid şəhəri3 42782 % gürcü, 12 % azərbaycanlı
2სოფელი ამამლო (sopeli amamlo)Hamamlı kəndi1 59697 % azərbaycanlı
3სოფელი ირგანჩაი (sopeli irqançey)Yırğançay2 67897 % azərbaycanlı
4სოფელი ზემო ყარაბულახი (sopeli zemo karabulaxi)Yuxarı Qarabulaq1 11499 % azərbaycanlı
5სოფელი მამიშლო (sopeli mamişlo)Məmişli90899 % azərbaycanlı
6სოფელი ზემო ოროზმანი (sopeli zemo orozmani)Yuxarı Oruzman901100 % azərbaycanlı
7სოფელი დიდი დმანისი (sopeli didi dmanisi)87196 % gürcü
8სოფელი მაშავერა (sopeli maşavera)Qoruncuq86497 % gürcü
9სოფელი განთიადი (sopeli qantiadi)Qalamşa81696 % gürcü
10სოფელი დიდი გომარეთი (sopeli didi qomareti)80297 % gürcü
11სოფელი ყიზილქილისა (sopeli kizilkilisa)Qızılkilsə kəndi77499 % azərbaycanlı
12სოფელი ბეზაქლო (sopeli bezaklo)Bəzəkli kəndi76397 % azərbaycanlı
13სოფელი საფარლო (sopeli saparlo)Səfərli73899 % azərbaycanlı
14სოფელი კამარლო (sopeli kamarlo)Qəmərli kəndi713100 % azərbaycanlı
15სოფელი დაგარახლო (sopeli daqaraxlo)Dağ Arıxlı kəndi711100 % azərbaycanlı
16სოფელი ბოსლები (sopeli boslebi)66798 % gürcü
17სოფელი ქვემო ოროზმანი (sopeli kvemo orozmani)Aşağı Oruzman66099 % azərbaycanlı
18სოფელი კაკლიანი (sopeli kakliani)Gəyliyən kəndi640100 % azərbaycanlı
19სოფელი ჯავახი (sopeli çataxi)62897 % gürcü
20სოფელი იაყუბლო (sopeli iakublo)Yaqublu49899 % azərbaycanlı
21სოფელი იფნარი (sopeli ipnari)İpnari kəndi48196 % azərbaycanlı
22სოფელი შინდილიარი (sopeli şindiliari)Şindilər467100 % azərbaycanlı
23სოფელი ტნუსი (sopeli tnusi)Dunus kəndi454100 % azərbaycanlı
24სოფელი პანტიანი (sopeli pantiani)Armudlu kəndi41099 % azərbaycanlı
25სოფელი ვარდისუბანი (sopeli vardisubani)40398 % gürcü
26სოფელი გედაგდაღი (sopeli qedaqdaği)Gödəkdağ kəndi362100 % azərbaycanlı
27სოფელი კამიშლო (sopeli kamişlo)Qamışlı kəndi35599 % azərbaycanlı
28სოფელი ყიზილაჯლო (sopeli kizilaclo)Dağ Qızılhacılı341100 % azərbaycanlı
29სოფელი შახმარლო (sopeli şaxmarlo)Şahmarlı341100 % azərbaycanlı
30სოფელი ქვემო ყარაბულახი (sopeli kvemo karabulaxi)Aşağı Qarabulaq333100 % azərbaycanlı
31სოფელი ვაკე (sopeli vake)Qarakilsə kəndi31790 % azərbaycanlı
32სოფელი დალარი (sopeli dalari)Dəllər kəndi313100 % azərbaycanlı
33სოფელი ლოქჯანდარი (sopeli lokcandari)Lökcandar kəndi258100 % azərbaycanlı
34სოფელი მთისძირი (sopeli mtisdziri)Suqala kəndi24398 % azərbaycanlı
35სოფელი ორმაშენი (sopeli ormaşeni)Ormeşən206100 % azərbaycanlı
36სოფელი გუგუთი (sopeli ququti)17899 % gürcü
37სოფელი პატარა გომარეთი (sopeli patara qomareti)17497 % gürcü
38სოფელი პატარა დმანისი (sopeli patara dmanisi)16997 % gürcü
39სოფელი ანგრევანი (sopeli anqrevani)Əngirəvan kəndi16298 % azərbaycanlı
40სოფელი ბახჩალარი (sopeli baxçalari)Bağçalar kəndi149100 % azərbaycanlı
41სოფელი უსეინქენდი (sopeli useinkendi)Hüseynkənd135100 % azərbaycanlı
42სოფელი ქარიანი (sopeli kariani)Çopurallar kəndi10898 % azərbaycanlı
43სოფელი საჯა (sopeli saca)106100 % azərbaycanlı
44სოფელი მამიშლარი (sopeli mamişlari)Məmişlər102100 % azərbaycanlı
45სოფელი სალამალეიქი (sopeli salamaleiki)Salamməlik98100 % azərbaycanlı
46სოფელი ახა (sopeli axa)9399 % gürcü
47სოფელი მამულა (sopeli mamula)8099 % gürcü
48სოფელი ჩათახი (sopeli çataxi)7999 % gürcü
49სოფელი ველისპირი (sopeli velispiri)Ergişoğlu6456 % gürcü, 31 % urum
50სოფელი სარკინეთი (sopeli sarkineti)Dəmirbulaq kəndi6343 % gürcü, 41 % urum
51სოფელი ტყისპირი (sopeli tkispiri)Boğazkəsən kəndi5398 % azərbaycanlı
52სოფელი საკირე (sopeli sakire)Qaşqatala kəndi4941 % urum, 37 % azərbaycanlı
53სოფელი გორა (sopeli qora)Canbağça kəndi3847 % azərbaycanlı, 47 % urum
54სოფელი განახლება (sopeli qanaxleba)Anbarlı kəndi3342 % urum, 36 % gürcü
55სოფელი სოღუთლო (sopeli soğutlo)Söyüdlü27100 % azərbaycanlı
56სოფელი პანტიანი (sopeli pantiani)11100 % gürcü
57სოფელი უკანგორი (sopeli ukanqori)1080 % gürcü

İqtisadiyyatı

Başkeçid Gürcüstanın aqrar rayonu hesab olunur. 2006-cı ildə respublika üzrə süd istehsalının 2.3 %-i, taxıl və kartof istehsalının isə 2.4 %-i bu rayonun payına düşmüşdür.

Mədəniyyəti

2006-cı ilin əvvəllərinə olan məlumata əsasən rayonda fəaliyyət göstərən 45 məktəbdə, o cümlədən 12 orta, 12 bazis və 18 ibtidai məktəbdə 3.817 nəfər şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 474 nəfər müəllim məşğul olur. Məktəblərin 29-u azərbaycan, 14-ü gürcü, 2-si isə rusdillidir. Ölkədə keçirilən 2005-ci il dövlət imtahanında rayondan 60 abituriyent iştirak etmiş, onlardan yalnız 23-ü tələbə adını qazanmışdır.

Hazırda rayonda 1 teart, 21 kitabxana fəaliyyət göstərir və 1 qəzet nəşr olunur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Başkeçid rayonu haqqında məlumat. Başkeçid rayonu nədir? Başkeçid rayonu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    I Əfridun

  • Fevral 27, 2026

    Qaraqaşlı (Sabirabad)

  • Fevral 23, 2026

    Habsburqlar

  • Fevral 27, 2026

    Vedalar

  • Fevral 24, 2026

    Male

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst