Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rayon mərkəzindən 12 km cənub-qərbdə, Kəvər çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.

Başkənd (Göyçə)

  • Ana Səhifə
  • Vikipediya
  • Başkənd (Göyçə)

Başkənd — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd.

Kənd
Başkənd
40°15′04″ şm. e. 45°08′53″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Göyçə mahalı
Rayon Kəvər rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 2.096 ± 1 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 1.654 nəf. (2011)
Rəsmi dili
  • erməni dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 1207
Xəritəni göstər/gizlə
Başkənd xəritədə
Başkənd
Başkənd

Tarixi

Rayon mərkəzindən 12 km cənub-qərbdə, Kəvər çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.

Kəndin ilk adı Göyçə Başkəndi olmuşdur. Yəni Göyçə mahalında yerləşən Başkənd. Sonradan Göyçə sözü atılmış, kənd Başkənd adlandırılmışdır.

Toponim Azərbaycan dilində «böyük», «əsas», «yuxarı» mənasında işlənən baş sözü ilə kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir.

Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Qeğarkuni qoyulmuşdur.

Əhalisi

Ermənilər buraya 1828-29-cu, 1914-1919 - cu illərdə Türkiyənin Alaşkerd, Muş və Bulanis vilayətlərindən köçürülmüşdür.

Kənddə 1873 - cü ildə 191 nəfər azərbaycanlı, 272 erməni, 1886-cı ildə 243 nəfər azərbaycanlı, 385 erməni, 1897-ci ildə 357 nəfər azərbaycanlı, 440 erməni, 1914 - cü ildə 410 nəfər azərbaycanlı, 704 nəfər erməni yaşamışdır.

1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən vəhşicəsinə qırğınlarla qovulmuşdur.

1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönmüşdür. Burada 1922-ci ildə 96 nəfər azərbaycanlı, 763 erməni, 1926-cı ildə 112 nəfər azərbaycanlı, 928 erməni, 1931-ci ildə 194 nəfər azərbaycanlı, 1156 erməni yaşamışdır. Lakin erməni mənbələrində burada azərbaycanlılarn yaşadığı göstərilmir və guya kənddə yalnız ermənilər yaşamışdır. Azərbaycanlılar 1930 - cu illərin sonunda Ermənistanın Qarabağlar rayonuna, Qarabağlar rayonu ləğv edildikdən sonra SSRİ Nazirlər Sovetini xüsusi qərarı ilə tarixi-etnik torpaqlarından çıxarılaraq 1948-50-ci illərdə Azərbaycana köçürülmüşdür. İndi burada yalnız ermənilər məskunlaşmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Başkənd (Göyçə) haqqında məlumat. Başkənd (Göyçə) nədir? Başkənd (Göyçə) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Türkiyə şəhərləri

  • Fevral 27, 2026

    Mormonizm

  • Fevral 27, 2026

    Dorididae

  • Fevral 27, 2026

    Muğan Gəncəli

  • Fevral 27, 2026

    Tektonika

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst