Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Başkənd — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Birinci Qarabağ müharibəsinə kimi ermənilərin məskunlaşdığı kənd Ermənista

Başkənd (Gədəbəy)

  • Ana Səhifə
  • Vikipediya
  • Başkənd (Gədəbəy)

Başkənd — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Birinci Qarabağ müharibəsinə kimi ermənilərin məskunlaşdığı kənd Ermənistanın Azərbaycan ərazisində anklavı idi. 1992-ci ilin 6–8 avqust tarixlərində həyata keçirilən əməliyyat nəticəsində ərazi Azərbaycanın nəzarəti altına keçmişdir. Başkənd hal-hazırda Azərbaycan nəzarəti altındadır. Rəsmi dili Azərbaycan dilidir. Ermənilərə aid heç nə yoxdur. Kənddə Gədəbəylilərin gediş-gəlişi mövcuddur.

Başkənd
40°38′46″ şm. e. 45°30′56″ ş. u.HGYO
Ölkə
  •  Ermənistan
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Əsası qoyulub 1845
Sahəsi
  • 40 km²
Mərkəzin hündürlüyü təq. 1.463 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 127 nəf. (2009)
Rəsmi dili
  • erməni dili
Xəritəni göstər/gizlə
Başkənd xəritədə
Başkənd
Başkənd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Tarixi adı Başkənd və əhalisi azərbaycanlı olan kəndin ərazisinə ermənilər ilk dəfə 1859-cu ildə Qarabağdan və Şəmşəddin rayonundan köçürülmüşdürlər.

XX əsrin 90-cı illərin əvvəlinədək Ermənistanın Azərbaycan ərazisisində anklav formada yerləşən iri yaşayış məntəqəsi idi.

7 noyabr 1995-ci ildə Ermənistanda qəbul edilmiş yeni inzibati-ərazi bölgüsünə görə Çəmbərək rayonuna aid kənddir.

Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 25.1.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ardzvaşen (ermənicə: Qartalkənd) qoyulmuşdur. Ərazisi 61 km²-dir. Başkəndin ərazisi də daxil olduqda 1229 km² ərazisi olan Gədəbəy rayonunun ərazisi artaraq 1290 km² olur.

Başkənd qəsəbəsi 1920-ci illərdə Sovet rəhbərliyi tərəfindən Ermənistana verilmiş[mənbə göstərilməlidir] və 1992-ci ilə qədər Azərbaycanın Gədəbəy rayonunun içərisinə doğru erməni anklavı kimi qalırdı. Ermənistan qəsəbənin adını "Arsvaşen" olaraq dəyişdirib.

Birinci Qarabağ müharibəsi dövrü

Qarabağ müharibəsi zamanı Ermənistan ordusu həmin ərazidən Azərbaycanın Gədəbəy rayonunun Şınıx bölgəsini və Tovuz rayonunun bəzi kəndlərini atəş altında saxlamaq üçün istifadə edirdi. 1992-ci ilin yayında Ermənistan ordusu Gədəbəy rayonuna Ermənistan tərəfdən hücuma keçdi. Məqsəd Başkəndin anklav vəziyyətindən çıxarılaraq Ermənistanla birləşdirilməsi idi.

Qarabağ müharibəsi başlayandan sonra ermənilər Başkəndi güclü istehkama çevirmişdilər və oradan Gədəbəyin kəndlərinə daim təhlükə yaradır, dinc əhaliyə qarşı silahlı hücumlar edirdilər. Qanlı hadisələrdən biri 1991-ci il yanvarın 31-də törədildi, erməni yaraqlıları Başkənddən keçib Şınıx tərəfə gedən yolun Mutudərəyə yaxın hissəsində 6 azərbaycanlını qətlə yetirdilər. Bundan sonra Şınıxa gediş-gəliş daha da çətinləşdi.

Başkənd ətrafında vəziyyət 1992-ci il avqustun əvvəlində gərginləşdi. Ermənistan hərbi birləşmələri avqustun 5-də Mutudərəni ələ keçirmək üçün hücuma keçdilər. Ermənilər bu istiqamətdə minə yaxın canlı qüvvə, 4 tank, 14 zirehli maşın və digər texnika yeritmişdilər. İlk zərbəni baş leytenant Məzahir Rüstəmovun dəstəsi öz üzərinə götürdü, axıra qədər vuruşdu, əsgərlər və komandirləri qəhrəmanlıqla həlak oldular, lakin qarşı tərəfin hücumunu ləngitdilər. Azərbaycan Ordusu əks hücum planını həyata keçirməyə başladı. Əməliyyata korpus komandiri general-mayor Dadaş Rzayev, polkovnik Cahangir Rüstəmov, polkovnik Rəfayıl Əsədov, polkovnik Hamlet Hüseynov rəhbərlik edirdilər. Ermənilərin Mutudərə istiqamətində hücumunun qarşısı alındı və avqustun 8-də Başkənd üzərinə hücum başladı. Erməni silahlı birləşmələrinin ciddi müqavimətinə baxmayaraq axşama yaxın Başkənd azad edildi, erməni tərəfinin 200-dən çox canlı qüvvəsi, 4 topu, 3 tankı, 1 BMP və və digər texnikası məhv edildi.

Toponimikası

Dağlıq ərazidədir.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 127 nəfər əhali yaşayır.

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax

  • Başkənd əməliyyatı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Başkənd (Gədəbəy) haqqında məlumat. Başkənd (Gədəbəy) nədir? Başkənd (Gədəbəy) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Qara İsgəndər

  • Fevral 25, 2026

    II Murad

  • Fevral 24, 2026

    Xarkov

  • Fevral 23, 2026

    14 oktyabr

  • Fevral 10, 2026

    Elbrus dağı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst