Bakı-Tbilisi-Ərzurum Boru Xətti — Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilmişdir. Kəmərin uzunluğu 980 kilometr, diametri 42 düymdür.
| Bakı-Tbilisi-Ərzurum Boru Xətti | |
|---|---|
| |
| Ümumi məlumatlar | |
| Tipi | təbii qaz kəməri |
| Başlayır | Bakı (Səngəçal terminalı), Azərbaycan |
| Bitir | Ərzurum, Türkiyə |
| İstismara verilib | 2006-cı il |
| Operatoru | BP |
| Tərəfdaşlar | BP (28.8%) SOCAR (16.7%) Statoil (15.5%) LUKoyl (10%) Total (10%) Naftiran Intertrade (10%) Türkiye Petrolleri Anonim Ortaklığı (9%) |
| Uzunluğu | 692 km |
| Diametri | 42 |
| Ötürücülüyü | 25 milyard m³/il |
| Yerləşməsi | |
| Ölkələr | |
Boru kəməri ildə 20 milyard kubmetrədək ötürmə gücünə malikdir.
Tarixi
2007-ci il iyulun 3-də isə "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil olmuşdur.
Partlayışlar
2012-ci il oktyabrın 4-nə keçən gecə Türkiyənin Qars əyalətinin Sarıqamış kəndi yaxınlığında Bakı-Tbilisi-Erzurum qaz kəmərində partlayış baş verib. Nəticədə Azərbaycandan qaz ixracı tamamilə dayandırılıb. 2015-ci il avqustun 25-də gecə saatlarında PKK terrorçuları Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Qars vilayətindən keçən hissəsində partlayış törədiblər. Partlayış kəmərin Qars vilayətinin Sarıqamış qəsəbəsindən keçən hissəsində törədilib. 2015-ci il sentyabrın 3-də kəmərin Azərbaycandan keçən hissəsinin operatoru olan "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı "APA-Economics"ə bildirdiyinə əsasən Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri vasitəsilə mavi yanacağın nəqli bərpa edilib.
Həmçinin bax
- Neft müqavilələri [ölü keçid]
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, BTƏ haqqında məlumat. BTƏ nədir? BTƏ nə deməkdir?

