Bakı Müstəqil Televiziya İdarəsi və ya qısaca BMTİ — 1993-cü ilin avqust ayının 16-da Bakı şəhərində fəaliyyət başlamış televiziya kanalı. "Moskva" mehmanxanasının binasından yayımlanırdı. Fəaliyyətə başlamamışdan əvvəl tezliyində " Super Channel " adlı kanal var idi. Telekanalda əsasən şəxsi istehsalı olan verilişlər və xarici filmlər, kliplər efirə çıxırdı. Məşhur verilişlərindən biri "Refren" verilişi idi. 1994-cü ilin may ayında telekanalın fəaliyyəti dayandırılmışdır.
| BMTİ | |
|---|---|
| Ölkə | |
| Yayım ərazisi | Azərbaycan |
| Dil | Azərbaycan dili |
| Yaranma tarixi | 16 avqust 1993 |
| Bağlanma tarixi | may 1994 |
| Sahibi | Mahmud Məmmədov |
| Rəhbərlik | Elşad Quliyev |
Kanalın təsisçisi Mahmud Məmmədov, baş direktoru isə Elşad Quliyev olub.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, BMTİ haqqında məlumat. BMTİ nədir? BMTİ nə deməkdir?