| Alma piroqu | |||
|---|---|---|---|
![]() | |||
| Kateqoriya: | Piroqlar | ||
| Porsiya: | 4 | ||
| Enerji qiyməti: | 500-600 kkal. | ||
| vaxt: | 30 dəq. | ||
| Hazırlanma mürəkkəbliyi: | |||
| |||
Tərkibi
- 4 ədəd alma,
- 4 ədəd yumurta,
- 1 stəkan şəkər tozu
- 1,5 stəkan un
- 100 q. kərə yağı,
- vanil və ya bir neçə damcı vanil ekstraktı
- şəkər kirşanı (pudrası), üstü üçün
Hazırlanması
İri qabda yumurta və şəkəri kütlənin rəngi açıq sarı olana qədər mikserlə çalınır. Nə qədər çox çalsanız piroqunuz bir o qədər yaxşı şişər. İçinə xırda doğranmış yağ, vanil və unu əlavə edilir.
Alınan kütlə isinmiş və yağlanmış tavaya tökülür. Üzərinə qabığı soyulmuş alma dilimlənərək düzülür. Soba 180 C-dək qızdırılır. Piroq 40 dəq. ərzində üstü qızaranadək bişirin.
Piroqun hazır olub olmamasını yoxlamaq üçün içərisinə kibrit batırıb çıxardın – çıxan kibritə xəmir yapışmayıbsa¸ piroqunuz hazırdır. Piroq öz formasında bir qədər soyuduqdan sonra, onu formadan çıxardın.
Süfrəyə verilməsi
Üstünə şəkər kirşanı səpilərək süfrəyə verilir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, B:Resept:Alma piroqu haqqında məlumat. B:Resept:Alma piroqu nədir? B:Resept:Alma piroqu nə deməkdir?
