Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bəylikdüzü (türk. Beylikdüzü) — İstanbul ilinin ilçəsi. Cənubunda Mərmərə dənizi, şərqində Avcılar, qərbində Böyükçəkməcə, şimalında isə Əsənyurd ilçələri yerlə

Bəylikdüzü

  • Ana Səhifə
  • Vikipediya
  • Bəylikdüzü

Bəylikdüzü (türk. Beylikdüzü) — İstanbul ilinin ilçəsi. Cənubunda Mərmərə dənizi, şərqində Avcılar, qərbində Böyükçəkməcə, şimalında isə Əsənyurd ilçələri yerləşmişdir. Ərazisi 360 km²-dır.

Bəylikdüzü
40°59′21″ şm. e. 28°38′58″ ş. u.HGYO
Ölkə
  •  Türkiyə
Tarixi və coğrafiyası
Əsası qoyulub 22 mart 2008
Sahəsi
  • 39 km² (2014)
Mərkəzin hündürlüyü 109 m
Saat qurşağı
  • UTC+03:00
Əhalisi
Rəsmi dili
  • türk dili
Rəqəmsal identifikatorlar
Nəqliyyat kodu 34
Digər
beylikduzu.gov.tr
Xəritəni göstər/gizlə
Bəylikdüzü xəritədə
Bəylikdüzü
Bəylikdüzü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixçəsi

E.ə. VII əsrdə ilk yaşayışın başladığı Bəylikdüzünün qurucularının Yunanlar olduğu fərz edilir. E.ə. II əsrdə Bizans suverenliyinə girən Böyükçəkməcənin mahallarından biri olan Bəylikdüzü, İstanbulun fəthindən sonra Osmanlı İmperiyasına bağlanmışdır. Kurort və kənd təsərrüfatı mərkəzi olan Bəylikdüzü, Bizans və Osmanlı dövrlərində orduların yaşayış yeri olduğundan, bölgədə intensiv yaşayış olmamışdır.

Respublika əvvəli dövrdəki adı bağça mənasına gələn "Garden" olmuşdur. Respublika dövründə isə kəndin təbii iqliminə görə çox asan yetişdirilə bilən qovaq ağaclarının sıxlığı səbəbindən "Qovaq Ağaclı" adı verilmişdir və bu ad yanvar 2003-cü ilə qədər istifadə edilmişdir. 1 dekabr 1993-cü il tarixində 21.775 saylı Rəsmi Qəzetdə nəşr olunan Daxili İşlər Nazirliyinin 93/42.466 saylı qərarı ilə Qovaq Ağaclı, Böyükçəkməcəyə bağlı bir mahal olmuşdur. 22 mart 2008 tarixli və 26824 Saylı Rəsmi Qəzetdə nəşr olunan "Böyükşəhər Bələdiyyəsi Sərhədləri İçərisində Rayon Qurulması və Bəzi Qanunlarda Dəyişiklik Edilməsi Haqqındakı Qanun" çərçivəsində isə "Bəylikdüzü" adı ilə rayona çevrildi.

İqlim

Bəylikdüzü sahillərində dəniz suyunun orta temperaturu 14.4 °C-dır. İllik ortalama yağış 54.2 mm-dir, ən azı avqust ayında ən çox ilin dekabr ayında nəmlik artır. Dekabr, küləklərin ən hakim olduğu aydır. Bəylikdüzündə maksimum qar qalınlığı 60 sm olmuşdur. Bəylikdüzü dənizdən təxminən 150 metr yüksəkdə yerləşdiyi üçün İstanbulun mərkəzi rayonlarına nisbətən rütubətsiz, təmiz və küləkli havaya malikdir və qışları sərt keçir. Bəylikdüzünün demək olar ki, hər yerində ağac sahələr olduğu üçün mövsüm keçişləri bir vizual bayrama çevirilir.

Nəqliyyat

Bəylikdüzünə gediş-gəliş ilçəyə metrobus kəmərinin uzadılması ilə yaxşılaşmışdır. Metrobus ilə Bəylikdüzünə istənilən saat nəqliyyat mümkündür. Bəylikdüzü Zincirliquyu arası Metrobus orta hesabla 60 dəqiqə çəkir. Beylikdüzü rayonu E-5 avtomobil yolu üzərində yer aldığı üçün istənilən nəqliyyat vasitələrinin istifadəsi əlverişlidir.

İqtisadiyyat

Bəylikdüzü sahilində kiçik evlər.

Bəylikdüzü ilçəsinin iqtisadiyyatı ümumiyyətlə sənaye və ticarətə əsaslanır. İlçədə Türkiyənin ən böyük konteyner limanı olan Anbarlı Limanı yer alır. Anbarlı Limanı dünyada ən böyük 50 konteyner limanı içərisində yer alır. Anbarlı Limanının şərqində yerləşən Yanacaq Dolum Və Paylama Müəssisələri və Termik Stansiya rayon iqtisadiyyatında mühüm yer tutur. Anbarlı Limanının yanına West Istanbul Marina inşa edilmişdir. Rayonda Beylikdüzü Mütəşəkkil Sənaye Bölgəsi damı altında Birlik Sənaye yaşayış məskəni, Misgərlər Sənaye yaşayış məskəni, Mərmərcilər Sənaye və Beysan Sənaye yaşayış məskənləri rayon iqtisadiyyatının sənaye budağını təşkil edir. Beylikdüzü Bəykənd bölgəsində Arçelik zavodu yer almaqdadır. Rayonda kənd fəaliyyəti olaraq daha çox arıçılıq məşhurlaşmışdır, Gürpınar bölgəsində isə balıqçılıq əhəmiyyətli bir dolanışıq mənbəyidir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, bəylikdüzü sözünün mənası, bəylikdüzü haqqında məlumat. bəylikdüzü nədir? bəylikdüzü nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Devi

  • Fevral 27, 2026

    Hadr qəzası

  • Fevral 27, 2026

    Embilər

  • Fevral 27, 2026

    İtterbium

  • Fevral 27, 2026

    Qızıl qlobus

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst