Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bəylər Aslanov (16 mart 1957, Laçın rayonu) — Azərbaycanlı alim, geologiya-minerologiya elmləri doktoru.

Bəylər Aslanov

  • Ana Səhifə
  • Vikipediya
  • Bəylər Aslanov

Bəylər Aslanov (16 mart 1957, Laçın rayonu) — Azərbaycanlı alim, geologiya-minerologiya elmləri doktoru.

Bəylər Aslanov
Doğum tarixi 16 mart 1957(1957-03-16) (68 yaş)
Doğum yeri
  • Laçın rayonu, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti siyasətçi
Partiyası
  • Yeni Azərbaycan Partiyası

Mündəricat

Həyatı

Bəylər Aslanov 16 mart 1957-ci ildə Azərbaycan Respublikası, Laçın rayonu, Fərəcan kənd sovetliyinin Səfian kəndində anadan olmuşdur. 1975-ci ildə Laçın şəhər orta məktəbini qurtararaq həmin ildə M. Əzizbəyov adına Neft və Kimya (hal-hazırda Azərbaycan Dövlət Neft Akademiyası) (hazırkı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) institutunun geoloji-kəşfiyyat fakültəsinə daxil olmuş, institutu qırmızı dıplomla qurtararaq "Dağ mühəndisi-geofizik" ixtisası almış və həmin institutun aspirantura şöbəsinə qəbul olunmuşdur. 1990-cı ildə "Geofiziki məlumatlara görə Orta Xəzərin dərinlik quruluşu" mövzusunda namizədlik (geologiya-mineralogiya elmləri namizədi), 2010-cu ildə "Azərbaycanın əsas geostruktur elementlərinin tektonikası və onların qravitasiya sahəsində ifadəsi" mövzusunda doktorluq (geologiya-mineralogiya elmləri doktoru) dissertasiyası müdafiə etmişdir. 2007-ci ildə geoloji-geofiziki məlumatların interpretasiyası fənni üzrə ixtisas dosenti elmi adı almışdır.

2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir, iki övladı var.

Əmək fəaliyyəti

1975–1984 — M. Əzizbəyov adına Neft və Kimya institutunun tələbəsi; 1976–1978 — SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət; 1978–1982 — Milli Elmlər Akademiyası "Geofizika" Elmi Mərkəzi, texnik; 1982–1983 — Milli Elmlər Akademiyası Geologiya institutu, böyük texnik; 1983–1995 — "Xəzərdənizneftgeofiz-kəşfiyyat" tresti, böyük texnik, geofizik, böyük geofizik; 1995–2004 — "Azərneft-geofizika" tresti (hal-hazırda Kəşfiyyat Geofizikası idarəsi) böyük geofizik, aparıcı geofizik; 2004–2010 — Zəlzələlərin Proqnozu və Öyrənilməsi Elmi-tədqiqat İnstitutu, "Geofiziki tədqiqatlar" laboratoriyasının müdiri, elmi işlər üzrə direktor müavini, paralel olaraq Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Elmi mərkəzində bölmə rəisi (Aspiranturanın direktoru); 04 iyun 2010-cu il tarixdən hal-hazıra qədər Respublika Dövlət Neft Şirkəti, "Neftqazelmitədqiqatlayihə" institutu, "Geoloji-geofiziki məlumatların ümumiləşdirilməsi" laboratoriyasının aparıcı elmi işçisi, sonradan həmin laboratoriyanın müdiri, paralel olaraq Bakı Dövlət Universiteti, "Seysmologiya və Yer təkinin fizikası" kafedrasının dosenti vəzifələrində işləyir.

Elmi fəaliyyəti

90-dan çox elmi məqaləsi, o cümlədən iki monoqrafiya, iki dərs vəsaiti, iki patenti var.

Elmi istiqaməti

Elmdə müdafiə etdiyi aspektlərdən başqa ilk dəfə isbat etmişdir ki, İran körfəzi nefti ilə Cənubi Xəzər çökəkliyinin nefti arasında tam bağlılıq mövcuddur və Yer qabığının quruluşundan asılı olaraq neftin əsas kütləsi İran körfəzinə "axır".

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, bəylər aslanov sözünün mənası, bəylər aslanov haqqında məlumat. bəylər aslanov nədir? bəylər aslanov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    79 (ədəd)

  • Fevral 25, 2026

    Adyunktura

  • Fevral 27, 2026

    Mandarin çincəsi

  • Fevral 27, 2026

    Ümumdünya irsi

  • Fevral 27, 2026

    Aşqar

Trend Mahnılar
  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst