Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bəhicə Qadınəfəndi (soyad qanunundan sonra Bəhicə Maan) (10 oktyabr 1882, Adapazarı – 22 oktyabr 1969, İstanbul) — 34. Osmanlı sultanı II Əbdülhəmidin on ikinci

Bəhicə Qadınəfəndi

  • Ana Səhifə
  • Vikipediya
  • Bəhicə Qadınəfəndi

Bəhicə Qadınəfəndi (soyad qanunundan sonra Bəhicə Maan) (10 oktyabr 1882, Adapazarı – 22 oktyabr 1969, İstanbul) — 34. Osmanlı sultanı II Əbdülhəmidin on ikinci xanımı. Sultan Əbdülhəmidin ən israfçı xanımı idi. Bu səbəblə onun yığılan borcları ən israfçı həyat tərzi Sultan Əbdülhəmidə qarşı ən güclü silahlardan biri olmuşdur. 5 il içində saray məsrəflərini 3 dəfə artırmışdı.

Bəhicə Qadınəfəndi
بيهيس المرأة
Şəxsi məlumatlar
Doğum tarixi 10 oktyabr 1882
Doğum yeri
  • Adapazarı, Türkiyə
Vəfat tarixi 22 oktyabr 1969 (87 yaşında)
Vəfat yeri
  • İstanbul, İstanbul ili, Türkiyə
Dəfn yeri Yəhya Əfəndi məzarlığı
Atası Elbrus Maan
Anası Nazlı Kucba
Həyat yoldaşı II Əbdülhəmid
Uşaqları Əhməd Nurəddin Əfəndi
Mehmed Bədrəddin Əfəndi
Ailəsi Osmanlı xanədanı
Dini Sünni, İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Bəhicə xanım 10 oktyabr 1882-ci ildə əslən gürcü olan bir ailədə dünyaya gəlmişdir. Əsl adı Behiyə idi və ailədəki 6 övladın ən böyüyü idi. Sultan Əbdülhəmidin xanımlarından Sazkar xanımın uzaq qohumu idi və onun vasitəsilə saraya alınmışdı. 17 yaşlı Behiyə, Sultan Əbdülhəmidin oğlu Şahzadə Mehmed Burhanəddin Əfəndinin evlənməsi üçün gəlin axtarışında seçilsə də, gənc qızın gözəlliyi padşahı cəzb etmiş, nəhayət cütlük 10 may 1900 tarixində Ulduz sarayında evlənmişdi.

Övladlarının dünyaya gəlişindən sonra Bəhicə xanım israfçılığa yol açan həyat tərzi yaşamağa başladı. 1902-ci ildə atasına illik 300 min təqaüd ayrılmış, bundan başqa Ulduz sarayı yaxınlığında bir köşk hədiyyə edilmişdi. Bacısı Taşvirə xanımın toyu da məhz Ulduz sarayında baş tutdu. Anasının sultan sarayında 20 nəfərlik xüsusi xidmətçi heyəti vardı. Tez-tez xarici ölkələrdən paltarlar sifariş edilirdi.

Nəhayət, artan saray xərcləri Sultan Əbdülhəmidin qulağına qədər çatmış, məsrəflər səbəbilə erməni tacirlərdən borc alınmağa başlanmışdı. Əkiz övladlarından birinin vəfatından sonra məsrəflər bir az azalsa da, daha sonra yenidən artdı. Sahildə 3 köşk birdən satın alan Bəhicə xanım artıq padşahın sevimlisi deyildi. Sultan Əbdülhəmidin yeni xanımı Naciyə xanım olmuşdu. 1909-cu ildə ərinin sürgünə getməsindən sonra Bəhicə xanım və oğlu ailəsinin İstanbuldakı köşündə yaşamağa başladılar.

1924-cü ildə oğlu ilə birlikdə Napoliyə getdilər. 1969-cu ilədək vətənə qayıda bilməyən Bəhicə xanım vətənə dönsə də, 7 ay sonra 22 oktyabr 1969-cu ildə vəfat etdi. Cənazəsi Yəhya Əfəndi məzarlığındadır.

Övladları

  • Şahzadə Əhməd Nurəddin Əfəndi
  • Şahzadə Mehmed Bədrəddin Əfəndi (d. 22 iyun 1901 — ö. 13 oktyabr 1903) — 2 yaşındaykən meningitdən vəfat etmişdir. Məzarı Yəhya Əfəndi məzarlığındadır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bəhicə Qadınəfəndi haqqında məlumat. Bəhicə Qadınəfəndi nədir? Bəhicə Qadınəfəndi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Sübhan Cəbrayılov

  • Fevral 27, 2026

    Velen

  • Fevral 27, 2026

    Qaraçay

  • Fevral 27, 2026

    Kotgah

  • Fevral 26, 2026

    Məlumat bazası

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst