Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bürcəli — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il ta

Bürcəli

  • Ana Səhifə
  • Vikipediya
  • Bürcəli

Bürcəli — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Lənkəran rayonunun faktiki mövcud olan Bürcəli kəndi dəqiqləşdirmə qaydasında Avrora qəsəbə sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir.

Bürcəli
38°39′ şm. e. 48°47′ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Rayon Lənkəran rayonu
Bələdiyyə sədri Gülşən Sultanova
Tarixi və coğrafiyası
Sahəsi 3,1062 km²
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 2.773 nəfər (2024)
Milli tərkibi azərbaycanlılar, talışlar, ruslar
Xəritəni göstər/gizlə
Bürcəli xəritədə
Bürcəli
Bürcəli

Mündəricat

Tarixi

XIX əsrin əvvəllərinədək Bürcəli adını daşıyan bu kənd 1992-ci ilədək Alekseyevka adlanmışdır. Bu ad 1888-ci ildə buraya gələn rus Alekseyevlər ailəsinin soyadından götürülmüşdür. Azərbaycan müstəqillik qazandıqdan sonra kəndin əvvəlki adı - Bürcəli özünə qaytarılmışdır.

Bürcəli ibtidai məktəbi ikisinifli məktəb olmaqla, əsası 1897-ci ildə qoyulmuşdur. Bu dövrdə oğlanlar və qızlar bir yerdə oxumuşlar. 1914-cü ildə qızlar üçün ayrıca sinif təşkil edilmişdir. 1927-1928-ci tədris ilində Lənkərandakı məktəblər üç dairə üzrə fəaliyyət göstərirdi. Bürcəli məktəbi bu dövrdə Şürük dairəsində olmuşdur. Sonralar şagirdlər təhsillərini "Avrora" (indiki Hirkan) məktəbində davam etdirmişlər. Əvvəllər ayrı-ayrı şəxslərin mülklərində yerləşmişdir. İndiki məktəb binası 2007-ci ildə Heydər Əliyev fondu tərəfindən inşa edilmişdir. Bürcəli poçt şöbəsi 2005-ci il mart ayından fəaliyyət göstərir. Kənddə 708 nömrəlik ATS vardır.

Coğrafiyası və iqlimi

Kənd şərqdən və cənubdan Hirkan qəsəbəsi, qərbdən Hirkan Milli Parkı, şimaldan Xanbulançayla əhatə olunmuşdur. Lənkəran-Astara şose yolunda, rayon mərkəzindən 14 km cənubda yerləşir. Ərazisi 306 hektardır. 63 hektarı çay, 43,5 hektarı sitrus sahələridir. 158 hektarı bələdiyyə mülkiyyəti üçün ayrılmışdır.

Əhalisi

Əhalisi 2329 nəfərdir. Əhali çayçılıq, sitrusçuluq və heyvandarlıqla məşğuldur. 1995-ci ilədək "Avrora" (indiki Hirkan) sovxozunun tərkibində fəaliyyət göstərmişdir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, bürcəli sözünün mənası, bürcəli haqqında məlumat. bürcəli nədir? bürcəli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İvanovka

  • Fevral 27, 2026

    Əli Abbasov

  • Mart 01, 2026

    Avoqadro sabiti

  • Mart 01, 2026

    Thomson Reuters

  • Fevral 27, 2026

    Murtuza Muxtarov

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst