Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aşıq Fətulla Göyçəli (tam adı: Əliyev Fətulla Əbdüləzim oğlu; 1941, Nərimanlı, Basarkeçər rayonu) – müəllim, ustad aşıq, "Əməkdar mədəniyyət işçisi", Azərbaycan

Aşıq Fətulla

  • Ana Səhifə
  • Vikipediya
  • Aşıq Fətulla

Aşıq Fətulla Göyçəli (tam adı: Əliyev Fətulla Əbdüləzim oğlu; 1941, Nərimanlı, Basarkeçər rayonu) – müəllim, ustad aşıq, "Əməkdar mədəniyyət işçisi", Azərbaycan Aşıqlar Birliyinin üzvü.

Aşıq Fətulla
Fətulla Əbdüləzim oğlu Əliyev
Aşıq Fətulla Göyçəli
Aşıq Fətulla Göyçəli
Doğum tarixi 1941(1941) (84–85 yaş)
Doğum yeri
  • Nərimanlı, Basarkeçər rayonu, Ermənistan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Təhsili
  • Gəncə Dövlət Universiteti
Fəaliyyəti aşıq
Əsərlərinin dili Azərbaycan dili
Üzvlüyü
  • Azərbaycan Aşıqlar Birliyi
Mükafatları +
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Aşıq Fətulla Göyçəli 1941-ci ildə Göyçə mahalının Söyünquluağalı (Nərimanlı) bölgəsində Əbdüləzim kişinin ailəsində dünyaya göz açmışdır. Kiçik yaşlarından saza-sözə böyük maraq göstərmişdir. Aşıq Fətullanın formalaşmasında məlahətli və zil səs tembri olan atası Əbdüləzim kişinin müstəsna rolu olmuşdur.

1948–1953-cü illərdə Qərbi Azərbaycanda yaşayan azəri türkləri doğma yurd-yuvalarından deportasiya olunarkən Əbdüləzim kişi də öz ailəsi ilə birlikdə Bərdə rayonunun Kətəlparaq kəndində məskunlaşırlar. Göyçənin Yarpızlı kəndindən olan Aşıq İman öz ailəsi ilə həmin kəndə pənah gətirir. Aşıq İmanın Əbdüləzim kişinin boş qalan evində özünə sığınacaq tapması balaca Fətullanın gələcək həyatının müəyyənləşməsində tramplinə çevrilir. Aşıq İman 1953-cü ilə qədər Fətullanı öz balası kimi bəsləmiş, aşıqlıq sənətinin ibtidai mərhələsini, oturub-durmağı, məclisdə davranış qaydalarını öyrətmiş, özü ilə el şənliklərinə aparmışdı. Deportasiya olunmuşlardan bəziləri öz ata-baba yurdlarına qayıtmalı oldular. Məlahətli zil-səs tembrinə malik Fətullanı ustad aşıqlar özləri ilə birlikdə toy şənliklərinə dəvət etməyə başlayırlar. 17 yaşlı Fətulla qonşu Qanlı kəndində toyda dövran edərkən Aşıq Alının şəirdi Aşıq Qulunun yetirməsi olan Qannılı Aşıq Mehdi ilə tanış olur.

Aşıq Mehdi bir gün Nərimanlı kəndinə gəlir. Əbdüləzim kişidən təvəqqə edir ki, Fətullanı ona şəirdliyə versin. Gənc aşıq Fətulla iki il müddətində bu sənətin demək olar ki, bütün sirlərini Aşıq Mehdidən öyrənir. Sonrakı iki ili isə Aşıq Ələsgərin oğlu Aşıq Talıba qulluq etmiş, Ələsgər dünyasının görünən və görünməyən tərəflərinə yaxından bələd olmuş, faktiki olaraq Ulu Göyçənin qoşa zirvələri olan Alı-Ələsgər məktəbinin nümunəvi məzunu olmuşdur. Aşıqlıq sənəti ilə yanaşı ədəbiyyatımıza, tariximizə olan maraq onu H. Zərdabi adına Gəncə (Kirovabad) Pedoğoji İnstitutuna gətirmiş və dil-ədəbiyyat fakültəsini müvəffəqiyyətlə bitirmişdir. Təxminən 22–23 yaşlarından müstəqil olaraq el şənliklərinə dəvətlər almış, bəzən aylarla dalbadal şənliklər keçirməli olmuş, ağır-ağır məclislər yola salmış, Alı-Ələsgər məktəbindən aldığı dərs onu heç vaxt peşman etməmiş, əksinə, həmişə meydanda məğrur dayanmağına səbəb olmuşdur.

1988-ci il deportasiyasından sonra Gəncə şəhərində məskunlaşan Aşıq Fətulla Qayıbov adına musiqi məktəbində şəxsi təşəbbüsü ilə ilk dəfə olaraq saz sinfi açmış çoxlu tələbələr yetirmiş, sənətin ecazkar sirlərini onlara öyrətmişdir.

1992-ci ildən etibarən mütəmadi olaraq döyüş bölgələrinə səfərlər etmiş, Qazaxdan Füzuliyə qədər əsgərlər qarşısında çıxışlar etmiş, vətənpərvərlik və qəhrəmanlıq nəğmələriylə onları qələbəyə səsləmişdir. Azərbaycan Aşıqlar birliyinin üzvüdür.

Azərbaycan Aşıqlar Birliyinin Gəncə filialında yaxından iştirak edir, tez-tez bölgələrdə olur, bilik və bacarığını gənc aşıqlara öyrədir.

Göygöl rayon icra hakimiyəti təntənəli surətdə Aşıq Fətulla Əliyevin 65 illik yubileyini keçirmiş, onu rayon icra hakimiyyətinin fəxri fərmanı ilə təltif etmiş, 70 illik yubileyi ilə əlaqədar isə xalqımız qarşısında xidmətlərinə görə fəxri ad üçün Mədəniyyət və Turizm nazirliyinə təqdimat göndərmişdir.

Aşıq Fətulla Göyçəli "Göyçəsiz dağlardan yaman küsmüşəm", "Yurd yeri" və "Göyçə — dahilər yurdu" kitablarının müəllifidir.

Aşıq Ələsgərin "190 illik yubileyi" ilə əlaqədar çıxışına görə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən fəxri fərman və pul mükafatı ilə təltif olunmuşdur.

Mükafatları

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 15 iyul 2016-cı ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adı ilə təltif edilib.

Kitabları

  • Göyçəsiz dağlardan yaman küsmüşəm
  • Yurd yeri
  • Göyçə dahilər yurdudur

Filmoqrafiya

  • Haqq aşığı (film, 2021)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, aşıq fətulla sözünün mənası, aşıq fətulla haqqında məlumat. aşıq fətulla nədir? aşıq fətulla nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 03, 2026

    İskəndəriyyəli Menelay

  • Mart 03, 2026

    1971-ci il

  • Mart 01, 2026

    Şərm əş-Şeyx

  • Mart 02, 2026

    MARC

  • Mart 01, 2026

    98 (ədəd)

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst