Aşina Mişe (titulu Bağatur yabqu 莫賀咄葉護) — Tan sülaləsinin işğalından sonra qərb göytürklərinə təyin olunan xaqan. İmperator tərəfindən verilən titulu Hsinqhsivanq xan 興昔亡可汗 (Məhv olunmuşu yüksəldən xan) idi.
| Aşina Mişe | |
|---|---|
| 阿史那弥射 | |
| 657 – 662 | |
| Əvvəlki | ilk yaranma |
| Sonrakı | Aşina Yuankin |
| Şəxsi məlumatlar | |
| Vəfat tarixi | |
| Fəaliyyəti | hərbi qulluqçu |
| Atası | Böri şad |
| Uşağı | Aşina Yuankin |
| Ailəsi | Aşina |
| Dini | Tenqriçilik |
Ailəsi
Böri şadın oğlu, Xallıq İşbara Yabqu xaqanın və Aşina Buçjenin qardaşı idi.
Oğulları
- Aşina Yuankin
- Aşina Babu - Öncə Tuçi xaqanın tərəfində olmuş, onun məğlubiyyətindən sonra Tibetə qaçmışdır.
- Aşina Poluo - Öncə Tuçi xaqanın tərəfində olmuş, onun məğlubiyyətindən sonra Tibetə qaçmışdır.
Hakimiyyəti
657-ci ildə Sağ Mühafizlərin sərkərdəliyinə gətirildi. 660-cı ildə Koreyaya qarşı yürüşdə yer almışdı. 662-ci ildə Kuça şəhərinə yürüşdə məğlub olduğu üçün qardaşı Aşina Buçjenin istəyi üzərinə edam edildi. İmperator onun yerinə Aşina Yuankini təyin etdi.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, aşina mişe sözünün mənası, aşina mişe haqqında məlumat. aşina mişe nədir? aşina mişe nə deməkdir?