Aşağı Oratağ (bir müddət işlənilən adı: Ortakənd, daha əvvəl: Aşağı Oratağ, daha əvvəl: Nerkin Oratağ) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Aşağı Oratağ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Nerkin Oratağ kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Nerkin Oratağ kəndi Aşağı Oratağ kəndi adlandırılmışdır.
| Aşağı Oratağ | |
|---|---|
| |
| 40°11′18″ şm. e. 46°46′59″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Qarabağ iqtisadi rayonu |
| Rayon | Ağdərə rayonu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 597 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəqəmsal identifikatorlar | |
| Telefon kodu | +994 026 |
| Nəqliyyat kodu | 32 |
![]() Aşağı Oratağ | |
Toponimikası
"Aşağı Oratağ" toponiminin ikinci komponenti qədim İran dillərinin materialları əsasında "qala yeri" mənasında izah olunur.
Tarixi
XIX əsrdə ermənilər burada məskunlaşdıqdan sonra kəndin adı tədricən erməniləşmış və Sovet hakimiyyəti illərində Nerkin (ermənicə "Aşağı") Oratağ kimi rəsmiləşmışdi. 1992-ci ildən kənd indiki adını daşıyır. Bir müddət kəndin adı Ortakənd kimi qeyd olunurdu.
Kənd Ağdərə rayonunun tərkibində olub. Ağdərə ermənilər tərəfindən işğal edildikdən və Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arqsında bölüşdürüldükdən sonra Tərtər rayonunun ərazisinə düşüb.
1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal edilib.
Erməni silahlı qüvvələrinin işğalı altında idi. 19-20 sentyabr 2023-cü il tarixində Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal antiterror tədbirləri nəticəsində Aşağı Oratağ kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.
Coğrafiyası və iqlimi
Kənd dağətəyi ərazidə yerləşir.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, aşağı oratağ sözünün mənası, aşağı oratağ haqqında məlumat. aşağı oratağ nədir? aşağı oratağ nə deməkdir?

