Ağkilsə — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.
| Kənd | |
| Ağkilsə | |
|---|---|
| 40°01′21″ şm. e. 45°00′49″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Vedibasar mahalı |
| Rayon | Vedi rayonu |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı | UTC+4 |
![]() Ağkilsə | |
Tarixi
Rayon mərkəzindən şərqdə, Siqnax dağının ətəyində, Zimmi dərəsində, Vedi çayının sahilində yerləşirdi.
1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Ağcakilsə formasında, 1728-ci ildə tərtib edilmiş, «İrəvan əyalətinin icmal dəftəri»ndə və Qafqazın 5 verstlik xəritəsində Ağkilsə kimi qeyd edilmişdir.
Toponim alban məbədinin adı əsasında, rəng bildirən ağ sözü ilə və kilsə sözünün birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir.
Əhalisi
Kənddə 1873 - cü ildə 111, 1886-cı ildə 152, 1897-ci ildə 165, 1904 - cü ildə 563, 1914 - cü ildə 574, 1916-cı ildə 259 nəfər azərbaycanlı yaşamışdır.
1918-20-cı illərdə kəndin əhalisi qırğınlarla tamamilə qovulmuş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ağkilsə (Vedibasar) haqqında məlumat. Ağkilsə (Vedibasar) nədir? Ağkilsə (Vedibasar) nə deməkdir?
