Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ağacişləmə — bol xammal ehtiyatının mövcudluğu və ağac məmulatının təsərrüfat və məişətin müxtəlif sahələrində, memarlıqda geniş tətbiqi ilə şərtlənmişdi.

Ağacişləmə

  • Ana Səhifə
  • Vikipediya
  • Ağacişləmə

Ağacişləmə — bol xammal ehtiyatının mövcudluğu və ağac məmulatının təsərrüfat və məişətin müxtəlif sahələrində, memarlıqda geniş tətbiqi ilə şərtlənmişdi.

Azərbaycanda ağacişləmə sənətinin tarixi

Qazıntılar zamanı ağac məmulatına nadir hallarda təsadüf olunması digər üzvi materiallar kimi onun çürüməyə meyilli olması ilə bağlıdır. Yazılı qaynaqlardan bəlli olur ki, XII–XIII əsrin əvvəllərində Azərbaycanın Naxçıvan, Ərdəbil kimi şəhərlərində ağacişləmə sənəti geniş yayılmışdı.

Ərdəbilin ağacişləmə emalatxanalarında daha çox kasa və tabaqlar hazırlayırdılar. Şəhərdə onları təmir edən və düzəldən çoxlu sənətkar vardı. Başqa bir mənbə Ərdəbildə istehsal olunan sənətkarlıq məmulatı arasında ağacdan tabaq, daraq, musiqi aləti (saz), arabalar olduğunu vurğulayır (Əcaib əd-dünya, 1954, səh. 196). Ağacişləmə sənəti ilə bağlı arxeoloji dəlillər dolayısı olub, əsasən, bu sənət sahəsində işlədilən əmək alətlərindən ibarətdir. Yalnız Xaraba-Gilan qazıntıları istisna təşkil edir. XII–XIII əsrlərin sərdabələrinin arxeoloji tədqiqindən naxışlı və yazılı ağac lövhələr tapılmışdır. Karvansarada isə ağacdan hazırlanmış silindrik formalı iki əşya aşkarlanmışdır. Onların dəftərxana ləvazimatı olduğu ehtimal olunur. Arxeoloji qazıntılar zamanı tapılmış balta, kərki, mişar, burğu, iskənə ağacişləmə ilə bağlı alətlərdəndir. Həmin alətlər kəsmə, yonma, deşmə, naxışsalma kimi texnoloji prosesləri yerinə yetirməyə imkan verirdi.

Arxeoloji dəlillər yaşayış evlərinin inşaatında tir, pərdi, sütun, qapı və pəncərə ilə yanaşı, bəzən hətta ağac konstruksiyalı tikililərin yayıldığına şəhadət edir. Məsələn, Sərkərtəpə yaşayış yerində aşkar olunmuş XII əsrə aid evin ağacdan inşa olunmuş dəhlizi XIII əsrin birinci yarısında yanğın nəticəsində məhv olmuşdu. Sandıqtəpə yaşayış yerində tədqiq olunmuş yaşayış evlərinin birində isə qapı açırımında kömürlənmiş ağac çərçivənin qalıqları qeydə alınmışdır. Qıraq Kəsəmən yaşayış yerində isə təndirxananın yanğın nəticəsində uçmuş, kömürlənmiş tirlərinin qalıqları aşkarlanmışdır. Beyləqan qazıntılarından məlum olan XII–XIII əsrin əvvəllərinə aid bir ədəd ağac daraq bədii ağacişləmə sənətinə, xüsusilə nəccarlığa dair qiymətli tapıntıdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ağacişləmə haqqında məlumat. Ağacişləmə nədir? Ağacişləmə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Quba-Xaçmaz

  • Fevral 21, 2026

    Yunan dili

  • Fevral 23, 2026

    Kəbə

  • Fevral 27, 2026

    Protokol

  • Fevral 28, 2026

    Dəniz samuru

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst