Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ağababa Əsgər oğlu Yusifzadə (1886, Quba – 1937) — "Kommunist qəzeti"nin ikinci rəsmi redaktoru olmuşdur (1920-ci il avqustun 20-dən 1921-ci il martın 29-a kimi

Ağababa Yusifzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Ağababa Yusifzadə

Ağababa Əsgər oğlu Yusifzadə (1886, Quba – 1937) — "Kommunist qəzeti"nin ikinci rəsmi redaktoru olmuşdur (1920-ci il avqustun 20-dən 1921-ci il martın 29-a kimi). Klara Yusifzadənin atası.

Ağababa Yusifzadə
Doğum tarixi 1886(1886)
Doğum yeri
  • Quba, Quba qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1937(1937) (50–51 yaşında)
Fəaliyyəti şair, müəllim

Həyatı

Ağababa Əsgər oğlu Yusifzadə 1886-cı ildə (bəzi sənədlərə görə 1890-cı ildə) Quba şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla məktəbində almışdı.

O, 1911–1916-cı illərdə Şamaxı və Quba qəzalarında müəllim işləmiş azərbaycanlı qadınlardan ibarət ilk sosial-demokrat dərnəyinin təşəbbüskarı və təşkilatçısı olmuşdur. A. Yusifzadə Alyoşa Caparidze ilə birlikdə Bakı bolşevik təşkilatından Rusiya Sosial-Demokrat Fəhlə (bolşevik) Partiyasının 1917-ci il avqustun 8-də Petroqradda keçirilən qurultayına nümayəndə seçilmişdir.

Ağababa Yusifzadənin şəxsi əşyaları. Milli Tarix Muzeyi

Azərbaycanda Sovet Hakimiyyəti illərində Ağababa Yusifzadə Bakı qəzası inqilab komitəsinin sədri, Bakı və Şamaxı qəzalarında banditizmə və əks-inqilaba qarşı fövqəladə komissar, "Kommunist" qəzetinin redaktoru (1920-ci il avqustun 20-dən 1921-ci il martın 29-a kimi), Naxçıvan MSSR Ali Məhkəməsinin sədri və digər vəzifələrdə çalışmışdır.

22 avqust 1920 ildən etibarən "AzərMərkəziÇapedilmə" komissiyanin sədri olub.

O, təkcə "Kommunist" qəzetinin əməkdaşları və müxbirlərinin deyil, həm də Azərbaycanın bütöv bir nəsil jurnalist kadrlarının tərbiyə edilməsi və hazırlanmasında böyük rol oynamışdır. O, eyni zamanda jurnalistika və stenoqrafiya kurslarının da direktoru idi.

1921-ci il martın sonlarında Ağababa Yusifzadə böhtan atılaraq arvadını öldürməkdə günahlandırılır və məsuliyyətə cəlb edilir, lakin xeyli sonra o, bəraət alır.

Azərbaycan Sovet Ensiklopediyasının 1981-ci ildə nəşr olunmuş 5-ci cildində (səh. 183.) "Yusifzadə Ağababa Əsgər oğlu" məqaləsində deyildiyi kimi, o, AKP-nin 1-ci qurultayını təşkil etmək üçün müvəqqəti Bakı qəza komitəsinin sədri olmuş, qurultayda katibliyə və MK-ya üzv seçilmişdi".

1937-ci ildə Repressiya qurbanı olmuşdur.

Ağababanın Klara adlı qızı vardı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ağababa Yusifzadə haqqında məlumat. Ağababa Yusifzadə nədir? Ağababa Yusifzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Rusiya diyarları

  • Fevral 27, 2026

    Kos-kosa

  • Fevral 27, 2026

    Buda

  • Fevral 27, 2026

    Aynur Mustafayeva

  • Fevral 27, 2026

    Vaşinqton Universiteti

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst