Azərbaycan–Belarus münasibətləri — Azərbaycan Respublikası ilə Belarus arasındakı mövcud ikitərəfli əlaqələr.
| Azərbaycan-Belarus münasibətləri | |||||
|---|---|---|---|---|---|
| |||||
| | |||||
| Azərbaycanın Belarusdakı səfirliyi | |||||
| Səfir | Məhərrəm Əliyev | ||||
| Ünvan | Minsk, Starovilenski trakt, 5 | ||||
| Belarusun Azərbaycandakı səfirliyi | |||||
| Səfir | Dmitri Pineviç[rus.] | ||||
| Ünvan | Bakı, N. Rafiyeva küç., 8 | ||||
| Digər | |||||
| Quruluş tarixi | 11 iyun 1993 | ||||
| Dövriyyə | 0,506 mlrd doll. (2024) | ||||
Tarixi
Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır.
Büro, Hetq və OCCRP-nin birgə jurnalist araşdırmasına görə, ikinci Qarabağ müharibəsi zamanı Azərbaycan Belarusun özəl silah istehsalçısı Tetraedr-dən aldığı Peçora-2TM hava hücumundan müdafiə sistemi ilə Ermənistana məxsus pilotsuz təyyarələri vurub.
Diplomatik əlaqələr
İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ilin iyun ayının 11-də qurulmuşdur.
Belarus Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun tərkibinə daxildir.
Məhərrəm Əliyev 2023-cü ildən Azərbaycanın Belarusdakı səfiridir.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 5 dekabr 2000-ci il tarixində yaradılmış və ilk rəhbəri Bəhruz Qəndilov olmuşdur. 4 mart 2016-cı il tarixindən Ziyad Səmədzadə işçi qrupunun rəhbəridir.
İqtisadi əməkdaşlıq
Əmtəə dövriyyəsi (min doll.)
| İl | İxrac | Idxal | Ümumi dövriyyəsi |
|---|---|---|---|
| 2020 | 164 915,53 | 148 248,21 | 313 163,74 |
| 2021 | 295 502,27 | 128 987,01 | 424 489,28 |
| 2022 | 96 864,17 | 266 733,56 | 363 597,73 |
| 2023 | 31 816,59 | 324 772,80 | 356 589,39 |
| 2024 | 48 486,74 | 457 685,18 | 506 171,92 |
Mədəni əlaqələr

Qardaşlaşmış şəhərlər
Sumqayıt, Azərbaycan –
Mogilyov, Belarus
Şəki, Azərbaycan –
Slutsk, Belarus
Mingəçevir, Azərbaycan –
Polotsk, Belarus
Poçt markaları
Azərbaycan və Belarus poçtları tərəfindən 2011-2016-cı illərdə 5 dəfə birgə buraxılış çap olunmuşdur.
- Belarus mövzulu Azərbaycan poçt markaları
Təkərli lira, 2011
Diplomatik əlaqələrin 20 illiyi, 2013
Krıjaçok rəqsi, 2013
Belarus kosmik gəmisi DZZ, 2015
Berqut, 2016
- Azərbaycan mövzulu Belarus poçt markaları
Tar, 2011
Diplomatik əlaqələrin 20 illiyi, 2013
Tərəkəmə rəqsi, 2013
Azerspace-1, 2015
Çöl qartalı, 2016
İdman sahəsində əməkdaşlıq

Futbol qarşılaşmaları
Həmçinin baxın
- Belarus və qarabağ münaqişəsi (ru:Белоруссия и карабахский конфликт)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Azərbaycan–Belarus münasibətləri haqqında məlumat. Azərbaycan–Belarus münasibətləri nədir? Azərbaycan–Belarus münasibətləri nə deməkdir?