Azər Əziz oğlu Bayramov (1 fevral 1970, Bakı) — Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini (2026-cı ildən), maliyyə nazirinin sabiq müavini (2004–2026).
| Azər Bayramov | |
|---|---|
Vəzifədədir | |
| 14 yanvar 2026-cı ildən | |
| Nazir | Mikayıl Cabbarov |
| 25 fevral 2004 – 14 yanvar 2026 | |
| Nazir | Əvəz Ələkbərov Samir Şərifov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1 fevral 1970 (56 yaş) |
| Doğum yeri | |
| Təhsili |
|
| | |
| Təltifləri | |
Həyatı
Azər Əziz oğlu Bayramov 1 fevral 1970-ci ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə N. Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirərək iqtisadçı ixtisasına yiyələnmişdir. 2000-ci ildə M. Rəsulzadə adına Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir.
Əmək fəaliyyətinə 1990-cı ildə Maliyyə Nazirliyinin Baş Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi kimi başlamışdır. 1992―1996-cı illərdə Baş Dövlət Vergi Müfəttişliyinin "Beynəlxalq vergiqoyma", 1997―1999-cu illərdə isə "İri vergi ödəyiciləri ilə iş üzrə" idarələrinin rəisi olmuşdur. 2000―2004-cü illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Vergi Siyasəti və Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2004-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası maliyyə nazirinin müavini vəzifəsinə təyin olunmuşdur. Həmin ildə o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı ilə büdcə gəlirlərinin proqnozlaşdırılması üzrə komissiyanın sədri təyin olunmuşdur. 2025-ci il yanvarın 10-dan fevralın 6-dək maliyyə nazirinin səlahiyyətlərini müvəqqəti icra etmişdir. 2026-cı il yanvarın 14-də maliyyə nazirinin müavini vəzifəsindən azad edilərək iqtisadiyyat nazirinin müavini təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2022-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Ailəlidir, iki övladı var. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun qardaşıdır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Azər Bayramov haqqında məlumat. Azər Bayramov nədir? Azər Bayramov nə deməkdir?