"Azadlıq" – 1989–2016-cı illərdə Azərbaycanda çap edilmiş gündəlik ictimai–siyasi qəzet. 2002-ci ildən həm də, 2016-cı ildən isə sadəcə onlayn fəaliyyət göstərir.
| Azadlıq qəzeti | |
|---|---|
| |
| Növ | Gündəlik ictimai–siyasi qəzet |
| Format | A3 |
| Təsisçi | Qəzetin kollektivi |
| Baş redaktor | Qənimət Zahid |
| Yaranma tarixi | 24 dekabr 1989 |
| Dil | Azərbaycan dili |
| Qiymət | 50 qəpik |
| Baş ofis | |
| Ünvan | Bakı, Mətbuat prospekti, 529-cu məhəllə, 9-cu mərtəbə. |
| Ölkə | |
| Tiraj | 7 500 |
| azadliq.info | |
Tarixi
"Azadlıq" qəzeti 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının həftəlik nəşri kimi yaradılıb. İlk sayı həmin il dekabrın 24-də işıq üzü görüb. Qəzetin ilk redaktoru Nəcəf Nəcəfov olub (1989–1991).
1991–1994-cü illərdə "Azadlıq"a Qənimət Zahid, 1994–2001-ci illərdə Gündüz Tahirli, 2001–2003-cü illərdə Rövşən Hacıbəyli rəhbərlik edib. 2003-cü ildən "Azadlıq"ın baş redaktoru Qənimət Zahiddir.
1989-cu ildən həftədə bir dəfə, 1991-ci ildən iki dəfə, 1992-ci ildən üç dəfə, 1996-cı ildən gündəlik (həftədə 5-7 dəfə) çıxan "Azadlıq" 2016-cı ilə qədər həftədə 6 dəfə çap edilib.
AXCP 2015-ci ilin sentyabrında qəzetin təsisçiliyindən imtina etsə də bu qərar Ədliyyə Nazirliyi tərəfindən qəbul olunmayıb.
2016-cı ilin sentyabrında çap fəaliyyəti tamamilə dayanıb, onlayn fəaliyyəti davam edir.
2017-ci il mayın 12-də isə Səbail Rayon Məhkəməsi qəzetin Azadliq.info saytına girişi məhdudlaşdıran qərar qəbul edib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə həmin qərarı qüvvədə saxlayıb. Sayt Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin iddiası ilə bloklanıb.
İlk sayı
Qəzetin ilk sayı 8 səhifədən ibarət idi. Qəzetin loqotipi üstündə "El gücü – sel gücü!" yazılmışdır. Birinci səhifəsində Azadlıq meydanındakı mitinqdən foto, aşağı hissədə isə türk şairi Tofiq Fikrətin "Millət şərqisi" şeiri yerləşdirilmişdir. İkinci səhifədə Məhəmmədəmin Rəsulzadənin Lahıcda yazdığı "Haqsız qan yerdə qalmaz" məqaləsi və Azərbaycan Xalq Cəbhəsinin fövqəladə konfransının qətnaməsi dərc olunmuşdur. 3-cü səhifədə Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəyin "Hürriyət olan yerdə insanlıq da olur" adlı müsahibəsi verilmişdir. İlk sayda həmçinin Ü. Hacıbəylinin "Duma yaxınlaşır", Vaqif Səmədoğlunun "Milli tənhalıqdan qurtulmalıyıq" adlı yazıları dərc olunmuşdur.
Qeydlər
- 2024-cü ilin noyabrından sadəcə sosial şəbəkələrdə
Həmçinin bax
- Yeni Müsavat
- Bizim Yol
- Turan İnformasiya Agentliyi
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Azadlıq (qəzet) haqqında məlumat. Azadlıq (qəzet) nədir? Azadlıq (qəzet) nə deməkdir?
