Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Azad Hətəm oğlu Şükürov (11 fevral 1959, Ağdam rayonu) — ADMİU-nun Musiqili teatr aktyoru kafedrasının müdiri, Azərbaycanın məşhur aktyoru və bədii qiraətçisi,

Azad Şükürov

  • Ana Səhifə
  • Vikipediya
  • Azad Şükürov

Azad Hətəm oğlu Şükürov (11 fevral 1959, Ağdam rayonu) — ADMİU-nun Musiqili teatr aktyoru kafedrasının müdiri, Azərbaycanın məşhur aktyoru və bədii qiraətçisi, Azərbaycan Respublikasının əməkdar artisti, 3-cü dərəcəli "Əmək" ordenli professor, "Sənətkar" medalı laureatı.

Azad Şükürov
Digər adı Azad Şükür
Doğum tarixi 11 fevral 1959(1959-02-11) (67 yaş)
Doğum yeri
  • Ağdam rayonu, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1981-bu günə qədər
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Tanınma səbəbi aktyor, bədii qiraətçi, pedaqoq
Mükafatları 3-cü dərəcəli "Əmək" ordeni
Azərbaycan Respublikasının əməkdar artisti "Sənətkar" medalı

Mündəricat

Həyatı və fəaliyyəti

Azad Şükürov 11 fevral 1959-cu ildə Ağdamın Muğanlı kəndində müəllim ailəsində dünyaya gəlmişdir. Hələ orta məktəbdə oxuduğu illərdə bədii özfəaliyyət dərnəyinin fəal üzvlərindən olub. Daha sonra Xətai adına mədəniyyət sarayının nəzdində fəaliyyət göstərən Azərbaycan xalq teatrına üzv yazılıb.

1977–1981-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində — Rza Təhmasibin kursunda təhsil alaraq, İnstitutu fərqlənmə diplomu ilə bitirib. 1981–1984-cü illərdə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında, 1984–1990-cı illərdə Tədris Teatrında, 1990–1992-ci illərdə isə Şuşa Dövlət Musiqili Dram Teatrında çalışmışdır.1992–2009-cu illərdə Bakı Bələdiyyə Teatrında öz fəaliyyətini davam etdirmişdir.

1990-cı ildən Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasında müəllim işləyən Azad Şükürov 1996–2002, 2015–2022-ci illərdə həmin kafedranın müdiri vəzifəsində çalışmış, hal-hazırda Musiqili teatr aktyoru kafedrasının müdiridir. Həmçinin, müxtəlif ədəbi-dram verilişlərində, dublyaj redaksiyasında fəaliyyət göstərir, görkəmli qiraət ustasıdır.

1993-cü ildən BBT-da aktyor kimi çalışıb, bir neçə xarici ölkədə mükafatlar alıb, 2003-cü il oktyabr ayında I Tehran Beynəlxalq Komediya Festivalında qızıl medala layiq görülüb. Dövri mətbuatda, qəzet və jurnallarda, monoqrafiya xarakterli kitablarda 20-yə qədər elmi məqalələri çap edilib. "Televiziyada danışıq" proqramı (1990), "Danışıq texnikası" və "Televiziyada danışıq" fənninə dair tədris proqramı və metodik göstərişlərin müəllifidir.

Mükafatları

  • 2002-ci ilin noyabr ayında Respublikanın Əməkdar artisti fəxri adına layiq görülüb.
  • 2023-cü ilin dekabr ayında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilmişdir.
  • 2024-cü ilin mart ayında Azərbaycan Teatr Xadimlər İttifaqının təsis etdiyi "Sənətkar" medalı ilə təltif olunub.

Filmoqrafiya

  1. Ah, ədalət!
  2. Şirin bülbül (film, 2000)
  3. Başmaq (film, 2001)
  4. Atillanın atlıları (film, 2002)
  5. Əsirin qayıtması (film, 2002)
  6. Qeybdən gələn səs (film, 2002)
  7. Bir anın həqiqəti (film, 2003)
  8. Oyun (film, 2003)
  9. Tənha durna uçuşu (film, 2003)
  10. Akademik Yusif Məmmədəliyev (film, 2005)
  11. Yeni həyat (2005)
  12. Yalan (film, 2005)
  13. Cavid ömrü (film, 2007)
  14. Prokuror (2008)
  15. Qovğalı kəndinin gecələri (film, 2008)
  16. Tərsinə çevrilən dünya (film, 2011)
  17. Mürafiə vəkillərinin hekayəti (film, 2011)
  18. Sübhün səfiri (film, 2012)
  19. Qağayı (2012)
  20. Yazıçı (2013)
  21. Fədakar (film, 2015)
  22. Vicdan haqqı (teleserial, 2016)
  23. Şərəfli ömür (film, 2016)
  24. Qurd yağı(teleserial)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Azad Şükürov haqqında məlumat. Azad Şükürov nədir? Azad Şükürov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Müxalifət

  • Fevral 27, 2026

    Levan (Kartli)

  • Fevral 27, 2026

    Napoli Krallığı

  • Fevral 27, 2026

    Leartlı Diogen

  • Fevral 27, 2026

    Partlayıcı maddələr

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst