Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Azərbaycanda ovçuluq turizmi 1963-cü ildən fəaliyyət göstərir. Son illər bu sahəyə maraq daha da çoxalmışdır.

Azərbaycanda ovçuluq

  • Ana Səhifə
  • Vikipediya
  • Azərbaycanda ovçuluq

Azərbaycanda ovçuluq turizmi 1963-cü ildən fəaliyyət göstərir. Son illər bu sahəyə maraq daha da çoxalmışdır.

Ovçuluq – quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növüdür.

Ov obyekti — qanunvericiliklə müəyyən edilmiş qaydada ovlanmasına icazə verilmiş təbii sərbəstlik və yarımsərbəst şəraitində xüsusi ayrılmış yerlərdə yaşayan, habelə ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən yetişdirilib artırılan vəhşi heyvan növləridir.

Azərbaycan ərazisində ovlanmasına icazə verilən heyvan növləri aşağıdakılardır:

· Dağıstan turu

· Çöl donuzu

· Dovşan

· Bataqlıq qunduzu (nutriya) — Nutriya təsərrüfatları olan təşkilatlar

· Cüllüt (qırıldayan cüllüt, ağquyruq çökükburun, kiçik kroşnep və çöl hamaquyruq cüllütü istisna olmaqla)

· Qaz (ağqaş və qırmızıdöş qaz istisna olmaqla)

· Ördək (ağgöz qara ördək, göydimdik, qılquyruq ördək və mərmərcürə istisna olmaqla)

· Qaşqaldaq

· Alabaxta

· Bildirçin

Ovlanma vaxtı

Dağıstan turu iyun ayının əvvəlindən – oktyabr ayının birinci ongünlüyünədək
Çöl donuzu sentyabr ayının ortalarından – dekabr ayının ikinci ongünlüyünədək
Dovşan noyabr ayının ortalarından – yanvar ayının birinci ongünlüyünədək
Bataqlıq qunduzu (nutriya) oktyabr ayının əvvəlindən – fevral ayının ortalarınadək
Cüllüt sentyabr ayının ortalarından – noyabr ayının ikinci ongünlüyünədək
su-bataqlıq quşları (qaz, ördək və qaşqaldaq) oktyabr ayının birinci ongünlüyündən – mart ayının əvvəllərinədək
Alabaxta və bildirçin avqust ayının ikinci ongünlüyündən – noyabr ayının ortalarınadək


Ovçuluq təsərrüfatları

Sıra №-si Adı Yerləşdiyi inzibati ərazi Sahəsi

(ha ilə)

Məqsədi
1. Uludüz Şamaxı rayonu 5500 Vəhşi heyvanların artırılması və bərpası
2. Şəki Şəki və Oğuz rayonları 60000 Dağıstan turu və çöl donuzunun ovlanması
3. Samux Samux rayonu 40424 Çöl donuzu və su-bataqlıq quşlarının (qaz ördək və qaşqaldaq) ovlanması
4. Yaşma Xızı rayonu 4000 Su-bataqlıq quşlarının (qaz, ördək, qaşqaldaq) ovlanması
5. Giləzi Xızı rayonu 25 Su-bataqlıq quşlarının (qaz, ördək, qaşqaldaq) ovlanması
6. Babadağ Quba və İsmayıllı rayonları 61000 Dağıstan turu və çöl donuzunun ovlanması
7. Sarısu İmişli və Sabirabad rayonları 45000 Balıqların və su-bataqlıq quşlarının (qaz, ördək, qaşqaldaq) ovlanması
8. Varvara Yevlax rayonu 7762 Su-bataqlıq quşlarının (qaz, ördək, qaşqaldaq) ovlanması
9. Şərbət-Qobu İmişli rayonu 10924 Balıqların və su-bataqlıq quşlarının (qaz, ördək, qaşqaldaq) ovlanması
10. Mahmudçala Biləsuvar rayonu 7136 Su-bataqlıq quşlarının (qaz, ördək, qaşqaldaq, cüllüt) ovlanması
11. Zəvvar Cəlilabad 20000 Su-bataqlıq quşlarının (qaz, ördək, qaşqaldaq, cüllüt) ovlanması
12. Qırmızıkənd Masallı və Neftçala rayonları 10000 Su bataqlıq quşlarının (qaz, ördək, qaşqaldaq) ovlanması
13. Ağzıbir Şabran rayonu 21000 Su-bataqlıq quşlarının (qaz, ördək, qaşqaldaq) ovlanması

Cəbhə zonasına yaxın inzibati rayonların ərazilərində, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhərlərin və kurortların ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə, xüsusi mühafizə olunan ərazilərin daxilində və onların sanitariya-mühafizə zonalarında ov fəaliyyətinin həyata keçirilməsi qadağandır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Azərbaycanda ovçuluq haqqında məlumat. Azərbaycanda ovçuluq nədir? Azərbaycanda ovçuluq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Dravid dilləri

  • Fevral 27, 2026

    Uolt Disney

  • Fevral 27, 2026

    Xalq artisti

  • Fevral 27, 2026

    Anthemideae

  • Fevral 27, 2026

    Qafiyə

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst