Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Azərbaycanda korrupsiya əhəmiyyətinə görə ölkə daxili iqtisadiyyatı sarsıdan ən böyük problemlərdən biri.

Azərbaycanda korrupsiya

  • Ana Səhifə
  • Vikipediya
  • Azərbaycanda korrupsiya

Azərbaycanda korrupsiya əhəmiyyətinə görə ölkə daxili iqtisadiyyatı sarsıdan ən böyük problemlərdən biri.

Azərbaycanda korrupsiyanın ortaya çıxması üçün əsas şərtlər hakimiyyətə və kapitala yaxınlıq, həmçinin hakimiyyətdə eyni hökumətin davamlı olmasıdır.

Transparency International korrupsiyaya qarşı mübarizə üzrə beynəlxalq hüquq müdafiə təşkilatı 2016-cı ildə tərtib etdiyi korrupsiyaya qarşı həssaslıq sıralamasında Azərbaycanı 176 ölkə arasında 123 yerdə göstərmişdir.

2017-ci ildə 30 ölkədə arasında Sertifikatlı İctimai Mühasiblər Birliyi tərəfindən aparılan araşdırmaya görə Azərbaycana ən böyük kölgə iqtisadiyyatı olan ölkədir — 67%. Transparency International korrupsiyaya qarşı mübarizə üzrə beynəlxalq hüquq müdafiə təşkilatı ölkələrin illik şəffaflıq reytinqini yayıb. Fevralın 21-də Berlində təqdim edilən məruzədə dövlətlər korrupsiya indeksinə görə sıralanıb. Azərbaycam 2017-ci ilin yekunlarına görə 122-ci yeri tutub. 2018-ci ildə isə reytinq sıralamasında daha da pis nəticə göstərərək 180 ölkə arasında 152-ci yeri tutmuşdur.

Qanunvericilik və beynəlxalq təşkilatlarda iştirak

1 fevral 2004-cü ildə korrupsiyanın qarşısını almaq məqsədilə "Azərbaycanda Korrupsiyaya Qarşı mübarizə fondu" təşkil edilmişdir.

2004-cü ildə Azərbaycan beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Dövlətlər Qrupuna (GRECO) daxil olur.

Bundan sonra "Korrupsiyaya qarşı mübarizə haqqında" (2004), "Dövlət vəzifəli şəxslərin maliyyə resurslarının elan edilməsi qaydaları haqqında" (2005) və bir sıra digər qanunlar qəbul edilir. 2004–2006-cı illər ərzində ölkədə korrupsiyaya qarşı dövlət proqramı, 2007–2010-cu illərdə isə korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması dövlət strategiyası həyata keçirilir.

Azərbaycan Beynəlxalq Korrupsiyaya qarşı mübarizə Akademiyasının yaradılması haqqında Sazişə qoşulmuş və bu strukturun üzvü olmuşdur. 29–30 noyabr 2012-ci ildə Azərbaycan nümayəndə heyəti Vyanada "Beynəlxalq Korrupsiyaya qarşı mübarizə Akademiyasının yaradılması haqqında" saziş imzalayan ölkələrin və təşkilatların yüksəksəviyyəli nümayəndələrinin ilk Assambleyasında iştirak etmişdir. Bu dövrdə Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya Qarşı Mübarizə Konvensiyası (UNCAC), Korrupsiyaya qarşı cinayət məsuliyyəti haqqında " və " Korrupsiyaya qarşı vətəndaş məsuliyyəti haqqında " Avropa Şurasının konsepsiyaları qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası yaradılmışdır.

Ədəbiyyat

  • Fighting Corruption in Transition Economies: Azerbaijan 2005 (ing.)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Azərbaycanda korrupsiya haqqında məlumat. Azərbaycanda korrupsiya nədir? Azərbaycanda korrupsiya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vaka

  • Fevral 27, 2026

    Gelibolu

  • Fevral 27, 2026

    Bayram Beqay

  • Fevral 27, 2026

    Bələncər

  • Fevral 27, 2026

    Banat

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst